Balqabağın faydaları
Qış mövsümünün ləzzətli balqabağının, immuniteti gücləndirmədən bağırsaq hərəkətlərini sürətləndirməyə, dərini gözəlləşdirməyə qədər bir çox faydası olduğunu ifadə edən mütəxəssislər "Çoxumuz onu tərəvəz olaraq qiymətləndirərkən əslində o; vitamin A, vitamin B, vitamin E, dəmir, natrium, kalium, kalsium, maqnezium, sink və fosforla olduqca zəngin bir meyvədir" deyə danışdı. Balqabağın faydaları haqqında məlumat verən mütəxəssis Melis Torluoğlu, müxtəlif balqabaq reseptlərini də verdi.
Allergiyaya qarşı müdafiə etmə qalxanı: balqabaq, allergik reaksiyaların qarşısını alır. Yarım stəkan qədər balqabağda gündəlik ehtiyacın 2 misli qədər A vitamini var.
Balqabaq dərinin yenilənməsini təmin edir: Xüsusilə qadınlar soyuq qış günlərində dərilərinin quruyub çatlamasından şikayətçi olurlar. Halbuki dərinin işıltısını və təzəliyini təmin edən vəsaitlər kosmetik mağazalarında deyil tam yanınızda və mətbəxinizdə! Soyuq qış günlərində qurumağa başlayan dərinin yenilənməsini balqabağın tərkibində olan antioksidan minerallar və A vitamini dəstəkləyir. Peeling olaraq da bir çox maskanın məzmununda olan balqabağ dərini nəmləndirir.
İmmunitet sistemini gücləndirir: Balqabağ vitamin və minerallarla olduqca zəngin olduğundan bədəni bakteriya, virus və mikroblardan qoruyaraq soyuq qış günlərində immunitet sisteminin möhkəmlənməsinə köməkçi olur.
Göz sağlamlığını qoruyur: Balqabağın tərkibində olan ksantin adlı komponent ultrabənövşəyi işığın göz tərəfindən süzülməsinə köməkçi olur. Məzmununda olan A vitamini ayrıca olaraq gecə və alaqaranlıqda gözün işığa uyğunlaşmasını təmin edərək görmə qabiliyyəti artırır.