10 Unudulmaz Tək Məkan Filmi
Bəzən bir filmin rəngarəngliyi onun çəkildiyi məkanlardan da asılı olur, amma elə filmlər də var ki, tək məkanda çəkilsə də, inanılmaz uğur qazanır.
1. Basdırılmış (Buried) - 2010
Rejissor: Radriqo Kortez
Məkan: Tabut
İraqda işləyən amerikalı yük maşını sürücüsü oyananda özünü bir tabutun içində görür. Yanında alışqan və cib telefonu var. O andan etibarən yaşamaq uğrunda mübarizəyə başlayır. Meksikalı rejissor Kortez inanılmaz olanı reallaşdırır, 95 dəqiqə tabutda çəkilən film təngnəfəs seyr edilir.
2. Ölüm qərarı (Rope) – 1948
Rejissor: Alfred Hitçkok
Məkan: Ev
Zəkalarından istifadə edərək mükəmməl cinayət törədəcəklərini düşünən iki gənc iplə boğaraq öldürdükləri sinif yoldaşlarının cəsədini bir sandığa qoyaraq evdə parti verirlər. Partidə ən az onlar qədər ağıllı başqa bir adam da var. Hiçkok uzun planlar quraraq çəkdiyi filmdə antik teatrlardakı zaman və məkan birliyi qaydalarına riayət edir. Amma nəticə kinematoqrafik və çox iddialıdır.
3. Arxa pəncərə (Rear Window) – 1954
Rejissor: Alfred Hiçkok
Məkan: Ev
Professional bir fotoqraf evinin içində əlil arabasında keçirmək məcburiyyətində olduğu günləri arxa pəncərədən üzbəüz mənzili müşahidə edərək doldurmağa başlayır. Həmin evdə cinayət törədildiyini düşünməyə başlayanda müşahidə dedektivliyə çevrilir... Bir çox filmə ilham qaynağı olan film, kinonun müşahidələrdən doğduğunu deşifrə edən bir şah əsəridir.
4. “On iki qəzəbli kişi” (13 angry men) – 1957
Rejissor: Sidney Lumet
Məkan: Münsif otağı
Film qərarını çoxdan verən 11 münsif heyətinə qarşı tək başına fikri mübarizə aparan bir adamın əhvalatından bəhs edir. Filmdə hadisənin əslini bilmədən mühakimə etməyin dəhşətləri ön plana çıxarılır. Adam əhvalatın içinə necə düşürsə bir müddətdən sonra hadisənin tək məkanda keçdiyini belə unudur. Həqiqətin tərəfində olan tək adamın nə qədər şeyi dəyişdirə biləcəyinə dair çəkilmiş ən yaxşı filmlərdən biridir.
5. El angel exterminador – 1962
Rejissor: Luis Bunuel
Məkan: Ev
Zəngin bir cütlüyün verdiyi ziyafətdə iştirak edən qonaqlar evdən heç cürə çölə çıxa bilmirlər və evdə bir növ həbsxana həyatı yaşamağa başlayırlar... Bunuelin qorxulu yuxunu xatırladan gərginlik havasında çəkdiyi film ciddi-ciddi Franko rejimini dəstəkləyən yuxarı təbəqənin nümayəndələrini tənqid edir. Evdənkənar bəzi səhnələrin də olduğu klostrofobiya duyğusu və əhvalatıyla kino tarixinin ən unudulmaz tək məkan filmlərindən biri olaraq xatırlanır.
6. Qanlı zarafat (Sleuth) – 1972
Rejissor: Cozef L.Mankeyviç
Məkan: Ev
Oyun oynamaqdan zövq alan bir adam arvadının məşuqunu evinə dəvət edir. Sürprizlərlə davam edən əhvalat tamaşaçının başını gicəlləndirir. Mankeyviçin rejissorluğu və baş rolları ifa edən Lorens Oliver və Maykl Keynin möhtəşəm performansları filmi unudulmaz edir.
7.Das Boot – 1981
Rejissor: Volfqanq Petersen
Məkan: Dənizaltı gəmi
Klostrofobik atmosfer deyəndə yada düşən ilk filmlərdən biridir. 1942-ci ildə Atlantik dənizində döyüşən alman dənizaltı gəmisində yaşananlardan bəhs edən filmdir. İki saat yarım boyu gərginlik, aksiyon və dramın bir-birini izlədiyi əhvalatı birləşdirən film müharibəni dəniz altında yaşamağın necə bir duyğu olduğunu tamaşaçıya gerçək üsulla yaşadır.
8. Bal (Le Bal) – 1983
Rejissor: Ettore Skola
Məkan: Rəqs zalı
Filmdə hadisələr Parisdə bir rəqs salonunda cərəyan edir.1983-cü illə başlayan film əvvəl 1936-cı ilə geri qayıdır və ardından Fransa tarixi gözlərimizin önündən keçib gedir... Nasist işğalı, 68-ci il hadisələri... Amma biz həmişə eyni yerdəyik və cütlüklər həmişə rəqs eləyir. Bu film dialoqların olmadığı, kinonun və rəqsin gücünün ortaya çıxdığı unudulmaz şah əsəridir.
9. Səhər yeməyi klubu (The breakfast club) – 1985
Rejissor: Con Haqis
Məkan: Liseydə bir salon
Şənbə gününü məktəbdə keçirmə cəzası alan 5 lisey şagirdi ilk baxışdan bir-birindən çox fərqli görünür. Yola getməkləri qeyri-mümkün kimi görünür, amma ilk qarşıdurmalar, ilk problemlər həll olunduqdan sonra həqiqi ünsiyyətlərini quran yeniyetmələr həm özlərini, həm də qarşılarındakıları daha yaxşı anlayırlar. Cəza müddəti onlar üçün bir-birini kəşfetmə müddətinə çevrilir.
10. Eşq (Amour) – 2012
Rejissor: Maykl Haneke
Məkan: Ev
Bəlkə də, uzun müddətlik bir dövrdən bəhs etdiyinə görə “Eşq” o qədər də tək məkan filmi olaraq yadda qalmayıb. Amma evdən kənar çəkilən o qədər az səhnəsi var ki... Daha da önəmlisi ev yaxınlaşan qaçılmaz ayrılığın ağrısını yaşayan yaşlı cütlük üçün bir az da muzey xüsusiyyətini daşıyır. Kamera qadın öləndə, kişi itəndə belə evi tərk etmir... Beləliklə də “Eşq” ən unudulmaz tək məkan filmi olaraq ən möhtəşəmlərdən biri hesab olunur.