Avtomobil Oturacağını Belə Təmizləyin

23 Ekim 2021
1 501
0
Avtomobil Oturacağını Belə Təmizləyin
Avtomobilinizlə maraqlanmağı sevənlərdənsinizmi?

Elə isə avtomobil oturacağının təmizliyi ilə bağlı qeyd etdiyimiz bu tövsiyələr sizə görədir.

Avtomobilin oturacağını təmizləmək evinizdəki divanı təmizləməkdən çox da fərqli deyil. Avtomobil oturacağını təmizləyərkən çox islatmadan təmizləməyə çalışın. Bilirsiniz, avtomobil kreslolarını qurutmaq evinizdəki divanları qurutmaqdan çox zəhmətlidir. Buna görə avtomobil oturacağını təmizliyi üçün yaş bir bez yerinə nəmli bir bez seçin.

Lazım olan vəsaitlər:

Elektrik süpürgəsi
İki ədəd vedrə
Yuyucu tozu və ya oturacaq təmizləyicisi
Dəri parça üçün krem
Süngər
Dəsmal
Bez

Necə təmizləməlidir?

Əvvəlcə oturacaqları tozsoran ilə təmizləyin.
Sonra bir vedrəyə soyuq, digərinə isə isti su tökün.
İçində isti su olan vedrənin içinə təmizləyici vasitə əlavə edin. Seçdiyiniz məhsulun etiketini oxuyun və istifadə təlimatlarını izleyin.
Süngəri isti suya batırın və avtomobilinizin oturacaqlarını təmizləyin. Amma çalışın ki, oturacaqları çox islatmayasınız.
Soyuq su olan vedrəyə isə təmiz parçanı batırın və oturacaqlarınızı üzərindən yuyucu tozu təmizlənədək slin.
Əgər istədiyiniz nəticəni əldə etməsəniz bu prosesi yenidən təkrarlayın.
Dəri oturacaqlar necə təmizlənir?

Dəri oturacaqlarınızı diqqətlə təmizləməlisiniz. Bunun üçün xüsusi təmizlik vasitəsindən istifadə etməlisiniz. Bu oturacaqları tez-tez tozsoran ilə təmizləyin. Beləliklə, çirklərin yığılmasının qarşısını almış olarsınız.

Avtomobilin içini tozsoran ilə təmizləyin.
Təmizlədikdən sonra təmizləyicini istifadə təlimatında yazıldığı qədər oturacaqların üzərinə tökün.
Bezlə oturacaqları təmizləyin.
Sonda isə oturacaqların qorumasını gözləyin.

kishi.az

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.