Dodaq boyanız haqqınızda nə deyir?
Yəqin ki, inanmırsınız dodaq boyanızı necə çəkməyiniz və onun rəngi xarakteriniz haqqında çox şey deyə bilər? Dodaq boyanız haqqında daha artığını bilməyiniz üçün Feat.Az Foxy.az-a istinadən sizə kiçik bir araşdırmanı təqdim edir.
Yuvarlaq uc
Siz anadan yuvanı, ailəni qoruyan biri kimi dünyaya gəlmisiniz. Sizin evinizdə həmişə rahatlıq, səliqə, dadlı yeməklər var və uşaq gülüşünün səsi gəlir (ya da ki, tezliklə gələcək). Siz çox yaradıcı və şəxsiyyətli birisiniz, çox oxuyur, sərgilərə, konsertlərə gedirsiniz, amma hər şeydən əvvəl sizin üçün ailədir. Eyni zamanda siz ağıl və sülh, sevgi və sədaqət təcəssümü, əsl anasınız.
Düz yastı uc
Siz macəraçısınız və eksperimentləri sevirsiniz. Cəsarətlə hər şeyə başlayır, yeni şeyləri yoxlayırsınız, maraqla yeni imkanların öyrənilməsi üçün vaxt itirmirsiniz.
Orijinal uc
Belə ucluqlu dodaq boyalarından istifadə edən xanımlar, siz qayda-qanun adamısınız. Ən vicdanlısınız.
Düz üfüqi uc
Siz çox opitimist və yumoristsiniz, istənilən çıxılmaz vəziyyətdən çıxış yolunu asanlıqla tapırsınız. Sizin bir baxışınız insanlarda təbəssüm yaradır. Və sizə görə mümkünsüz bir iş yoxdur, inanırsınız ki, hər şeyin öhdəsindən gələ bilərsiniz.
Konusvari ucluq
Sizin əhval-ruhiyyəyə bağlı ani hərəkətləriniz, radikal fikirləriniz var. Bu tip dodaq boyası çəkənxanımların dünyadakı missiyaları dünyanı daha təmiz, daha yaxşı və daha işıqlı etməkdir.
İti uclu
Siz ağıllı və cəlbedicisiniz. İti uclu dodaq boyasının istifadəçisi olan xanımlar, siz kişiləri maqnit kimi özünüzə çəksəniz də, lakin heç vaxt bundan sui-istifadə etmirsiniz. Siz həyatınızı kariyera və maliyyə rifahınızın son yerdə olmadığı plan üzrə idarə edirsiniz. Sadəcə sizə daha yaxın olan insanlarla səmimi və açıqsınız. İnsanlara çox güvənmirsiniz. Amma soyuq biri olsanız da, bu soyuqluğun altında yumşaq və isti qəlb yatır. Və ən layiqli insanlar sizin güvəninizi qazana bilərlər.
Asimmetrik uc
Asimetrik dodaq boyası istifadə edən xanımların ətrafında həmişə xoşagəlməz hadisələr baş verir. Bu səbəbdən də ətrafınızda sizi qoruyan və müdafiə etmək istəyən insanlar var. Siz sadəcə yer kürəsinə aid olmayan möcüzələrin baş verdiyi öz fantaziya və ideyalarınızın olduğu mükəmməl dünyanızda yaşayırsınız.
Kəskin kəsilmiş uc
Siz çox xarizmatiksiniz. Çox sakit dayansanız belə yenə də diqqət mərkəzində olursunuz.Yardımsevərsiniz və həmişə hamıya kömək etməyə çalışırsınız.