Gözlərin rəngi insanın istedadından xəbər verir
Feat.Az AZƏRTAC-a istinadən bildirir ki, Luisvill Universitetində aparılan tədqiqat gözün rənginə əsasən insanda olan istedadı müəyyən etməyə imkan verib.
Tədqiqatçıların hamısı razılaşmasa da, Luisvill Universitetindən olan alimlər iddia edirlər ki, böyük istedada malik insanların genində tünd göy rəngli gözün kodu var. Mavigözlü insanlar da az istedadlı deyil. Onlar yüksək rəqabət qabiliyyətinə malikdir və öz məqsədlərinə nail ola bilirlər. Qonur gözlərin sahibləri isə bir o qədər də istedadlı deyil. Onlar öz ambisiyalarını həyata keçirə bilmədikləri üçün tez-tez bunun səbəbini başqasında axtarırlar.