Məktub

20 Ekim 2014
1 603
0
Məktub
Məktub


Bir bölümlük hekayə

MəktubMəktubMəktub

Artıq payız gəlmişdi. Ana pəncərədən baxır,oğlunun gəlməyəni gözləyirdi. Rəngli yarpaqlara baxarkən özü də bilmədən xəyala dalmışdı. Xəyalı onu bir neçə il əvvələ,oğlunun doğrudan gülümsəyə bildiyi vaxtlara aparmışdı. Amma xəyalı uzun çəkmədi. Qapı səsi onu gerçək həyata qaytardı. Həyət qapısı açılmışdı. Gələn oğlu idi. Tez qapıya tərəf getdi. Oğlunun qapını döyməsini gözlədi. Sanki bayaqdan onu gözləmirmiş. Oğlan qapını döydü. Yenə həmişə olduğu kimi yorğun və gücsüz görünürdü. Anasına salam dedikdən sonra birbaşa otağına qalxdı. Süfrə isə çoxdan hazırlanmışdı. Yenə masada iki boşqab və soyumuş yeməklər var idi. Yeməyin soyuması isə ananı heç maraqlandırmırdı. Onsuz da yenə tək yeyəcək. Dörd ildir həmişə olduğu kimi. Əlbəttə oğlunun axşam yemək yemədiyini bilirdi amma bəlkə bu dəfə yemək istəyər deyə süfrəyə bir boşqab da qoyurdu. Onun belə iştahsız olması ananı çox narahat edirdi. Amma bir şey deməyə cəsarət etmirdi. Çünki günahkarı özü idi. Oğlunun həmişə belə sakit,yorğun,özünəqapalı olması ananın günahı idi. Artıq üstündən 4 il keçmişdi. Amma həmin günü unuda bilmirdi. Necə unuda bilərdilər ki?Hər dəfə oğlunun üzünə baxanda o dəhşətli günü təkrar yaşayırdı. Həmin gün oğlunda heç unuda bilməyəcəyi bir yara qoymuşdu. Əsəblərinə bir az daha hakim olmağa çalışsaydı bəlkə də belə olmazdı. Hər şeyın bir anda olduğunu fikirləşəndə isə az qalırdı ki dəli olsun. Bir dəqiqə,sadəcə bir dəqiqə. Əgər o dəqiqə yaşanmamış olsaydı indi tək yox oğluyla birlikdə yemək yeyərdi. Ürəyinə bir bıçaq batırmış kimi hiss elədi. Sanki yemək bağazından keçə bilmirdi. Niyə belə etmişdi?Niyə əlindəki çayı oğlunun üzünə tökmüşdü?Çünki həmin gün həyat yoldaşı onları tərk etmişdi. Davaları həftələrdir davam edirdi. Belə olacağını ata da,ana da,hətta oğlan da bilirdi. Bir səhər çırpılan qapı səsinə oyandı oğlan. mətbəxə anasının yanına qaçdı. Çünki ağladığını eşitmişdi. Oğlunu görən kimi "Sən də get. Sən də məni tərk et"-deyə qışqırdı. Oğlan isə heç nə demədən sadəcə anasına baxırdı. Əsəblərinin pozulduğunu bilirdi. Amma üzünə qaynar çay atacaq qədər olduğu heç ağlına gəlməmişdi. Tez çölə çıxdı. Üzünü yuyanda keçəcəyini fikirləşdi. Yuduqdan sonra otağına girib qapını bağladı. Amma üzünün ağrısından mı, yoxsa evdə olanlara görə mi ağladığını bilmirdi. Yatmaq istədi amma üzü o qədər ağrıyırdı ki yata bilmirdi. Üstündən saatlar keçdi. Oğlan ağlaya-ağlaya yuxuya getmişdi. Anası etdiklərindən peşman olmuş,həm də utanmışdı. Oğlu ona kömək etmək,dəstək olmaq istəyirdi o isə nə etdi?Otağın qapısını açdı. Oğlan yatmışdı. Yaxınlaşıb qucaqlamaq istədi. Amma oğlunun üzünü görəndə bərkdən qışqırdı. Oğlan oyanan kimi üzünün ağrısından əli ilə üzünü tutdu. Amma bu daha çox ağrıtdı. Üzündəki yaradan isə xəbəri yox idi. Bilmirdi ki bu yara illərcə ona bu günü xatırladacaq. Bilmirdi ki bu yara bütün həyatını dəyişəcək. Amma nə etmək olardı ki?Artıq gec idi. "Dərs başlayana qədər keçər bəlkə də"-dedi. Axı həmin il universitetə başlayırdı. Amma keçmədi. Dərsin ilk günü heç getmək istəmirdi. Hətta evdən çıxmağa belə utanırdı. Fikirləşirdi ki insanlar onu belə görəndə uzaq dayanacaq,ona lağ edəcəklər. Bəli düz fikirləşmişdi. Universitetin ilk günü bütün tələbələr bir biri ilə dost olmuşdular. O isə ən arxada oturmuşdu. Heç kim yanına gəlmir,onunla oturmaq istəmirdi. Hətta qabaq sıradakıların gizli-gizli ona baxıb danışdıqlarını da eşidirdi. Bəziləri ona lağ etmiş,bəziləri isə onu yazıq adlandırmışdı. O isə bu sözlərin heç birin eşitmək istəməzdi. "Mən də sizin kimiyəm,sadəcə üzüm yaralıdır" bu sözləri ürəyində dəfələrlə təkrar etsə də onlara deyə bilmədi. Dərs qurtaran kimi sinifdən ilk çıxan o oldu. Halbuki ən arxa sırada oturmuşdu. Sürətli addımlarla evə gəldi. Anası isə pəncərə qarşısında durmuş onu gözləyirdi. Oğlunu ilk dəfə idi ki belə gücsüz,yorğun görürdü. Gözləri dolmuşdu heç nə demədən otağına çıxdı. Qapını bağladı. Anası qapıya yaxınlaşanda ağlamaq səsini eşitdi. Dizləri titrəməyə başladı. Çünki belə olacağını bilirdi. "Günahkarı mənəm. Onun kimi bir övlada layiq deyiləm. Ona bu qədər şey yaşatdım. Amma o bir dəfə də mənə niyə etdin demədi. Nə üzünü yandırdığım gün,nə də bu gün". Bəli oğlan atası gedəndən bəri anasına dəstək olmağa çalışmışdı. Həmişə anasına gülümsəmiş kədərini ondan gizlətməyə çalışmışdı. Bu gün isə bacara bilmədi. Anası göz yaşlarını görməsin deyə otağına çıxmışdı. Anası ağladığını eşitməsin deyə əli ilə ağzını tutmuşdu. Amma o nə qədər gizlətməyə çalışsa da bacara bilmədi.
Artıq 4 il keçmişdi. Universitet illəri ərzində sinifdəki uşaqlardan heç biri oğlanla danışmamışdı. Əgər universitet birincisi olmasaydı bəlkə də varlığını belə hiss etməzdilər. Bəli universitet birincisi olmuşdu. İndi isə təhsilini davam etdirir. Magistraturada oxuyur. Dərs bir həftə əvvəl başlayıb. Oğlanın ilk günü keçen dəfəki kimi oldu. Yenə sinifdə ona baxıb öz aralarında gizli-gizli danışdılar,lağ edənlər belə var idi. Evə gələndə yenə ağladığını gizlətmək üçün otağına çıxdı. Dörd il əvvəl nə olmuşdusa indi yenə oldu. Əslində öyrəşəcəyini fikrləşmişdi. Amma olmadı. Bəzi şeyləri təkrar-təkrar yaşasan da öyrəşə bilmirsən. Hər dəfə eyni qədər ağır gəlir.
Saat yeddiyə yaxınlaşırdı. Ana yenə pəncərə qarşısında oğlunu gözləyirdi. Və həyət qapısı açıldı. Oğlan həyətə girdi. Bir az sonra isə evin qapısını döydü. Ana qapını açanda oğlunun üzündə illərdir görmədiyi bir ifadə gördü. Əvvəlki kimi gülümsəyirdi. Bu,illərdir ananın gördüyü təsəlli verici gülümsəmələrdən deyildi. Oğlan həqiqətən sevincli görünürdü. Anasına salam dedi otağına qalxdı. Ana isə masaya yaxınlaşıb yeməyə başladı elə ilk loğmanı ağzına qoymuşdu ki,oğlu gəldi. Anasının yanına oturdu. Ana tez yerindən qalxıb oğluna yemək gətirdi. Sanki qadın evinə qonaq gəlmiş kimi hiss edirdi. Oğlunu məmnun etməyə çalışırdı. Oğlan isə belə şeylərə heç fikir verməzdi. Anasına əziyyət vermək istəmirdi həmişəki kimi yenə öz yeməyini özü götürə bilərdi,amma anasını belə xoşbəxt görürdü. Ona görə heç nə demədi. Yemək bitənə qədər heç nə danışmadılar. Sadəcə yeməkdən sonra çox sağ ol dedi və yenə otağına qalxdı. Və həmişə olduğu kimi gecəyə qədər ordan çıxmadı. Gecə hava o qədər gözəl idi ki. Sanki payız deyil,yaz gecəsi idi. Səma tamamilə açıq idi:tək bir bulud belə yox idi. Ay isə pəncərədən evə işıq salırdı. Ana isə aya baxır,fikirləşrdi. O qədər yaxşı hiss edirdi ki özünü. Hətta ürəyinin ağrısını da hiss etmirdi. Həkim özünü çox yorma,ürəyin çox zəifləyib,sanki vaxtindan əvvəl qocalmısan demişdi. Amma bu gün heç də elə hiss eləmirdi. Oğlunun yenidən gülümsəməsi,onunla yemək yeməsi qadına güc vermişdi. Hər gecə oğlunun yenidən gülümsəyə bilməsi üçün dua edən ana bu gün oğlu gülümsədi deyə şükr etməkdən doya bilmirdi. Elə təkrar-təkrar oğlunun evə gəldiyi anı fikrində canlandırır,özü də bilmədən gülümsəyirdi. Beləcə yuxuya getmişdi. Səhər oyananda oğlunun masanı hazırladığını və anasının oyanmasını gözlədiyini gördü. Artıq o qədər təəccüblənmişdi ki,nə hiss etdiyini başa düşə bilmirdi. Yemək bitən kimi oğlan çantasını götürüb çıxdı. Həftələr belə keçib getdi. Oğlan hər gün daha yaxşı olurdu. Ta ki o günə qədər. Bir gün oğlan gözləri dolmuş şəkildə evə gəldi. Ana oğlunu belə görən kimi sanki ürəyi yenidən ağırlaşdı. Nəfəs almağı çətinləşdi. özünü mətbəxə güclə çatdıra bildi. Dərmanlarını güclə içdi. Həmin gün nə ana,nə də oğlan yemək yemədi. Axşam ana ürəyinin ağrıdığını hiss etdiyi üçün oyandı. Mətbəxə su içməyə gedərkən pəncərədən oğlunu gördü. Həyətdə oturmuş,ağlayırdı. Oğlunun yanına getdi. Oğlan anasını görən kimi göz yaşlarını sildi. Bir müddət sadəcə oturdular,heç biri bir söz demədi. Oğlanın gözləri yenə doldu. Nə qədər əngəl olmağa çalışsa da göz yaşları sözünə baxmadı. Anası oğlunun əllərindən tutdu. "Nə olub?"-dedi. Cavab vermək istəyirdi ki özünə hakim ola bilmədi oğlan. Hıçqıraraq ağlamağa başladı. Başını anasının çiyninə qoydu və bu sözləri deyə bildi:Üzümdəki yaranı unutdum elə bildim ki o da məni mən olduğum üçün sevər. Elə bildim ki yarama fikir verməz axmaqmışam". Ana bu sözləri eşədəndə onun da gözlərindən yaş axmağa başladı. "Yenə mənə görə oğlum acı çəkir"-dedi. Elə bildi ki oğlunun sevdiyi qız üzündəki yaraya görə ondan uzaqlaşıb. Əslində isə elə deyildi. Qızın heç bir günahı yox idi. Sadəcə oğlan sinif yoldaşlarının onun haqqında danışdıqlarını eşitmişdi. "Belələrinin sevməyə haqqı yoxdu. Belə biri kiminsə onu sevəcəyini düşünürsə deməli axmaqdı". Qız isə həmin gün dərsə gəlməmişdi. Gəlməmişdi çünki utanırdı. Oğlanın kitabının arasına qoyduğu məktubdan sonra oğlanın üzünə baxmağa utanırdı. Oğlan isə heç məktubu görməmişdi. Sabah da dərs yox idi. Şənbə günü idi. Öğlan bunu fikirləşəndə"nə edəcəm sabah. Anama bunları danışandan sonra bütün gün onun üzünə necə baxacam?Bilirəm ki indi o da acı çəkəcək. Kaş deməzdim. Kaş gizlədəcək qədər gücüm olardı"-dedi. Sabah açılanda ana yemək masasında oğlunu gözləyirdi. Amma gəlməyəcəyin bilirdi. Özü də yeyə bilmirdi. Dayana bilmədi. Oğlunun otağına doğru getdi. Oğlan ayaq səslərini eşidən kimi çantasından bir kitab götürdü. Guya bayaqdan dərs oxuyurmuş. Elə kitabı götürmüşdü ki,arasından bir məktub düşdü. Məktubda isə sadəcə bir cümlə yazılmışdı:"Səni sevirəm. " SON

MəktubMəktubMəktub
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.