Şəki lətifələri
![Şəki lətifələri Şəki lətifələri](/uploads/posts/2017-03/1490092211_hug4.jpg)
Bir gün Hacı dayının iti ölür.Sataşmaq məqsədilə bir neçə dostu ona başsağlığı verir:"Hacı, axır qədim olsun, başın sağ olsun!"
Hacı özünü sındırmadan:- "Sağ olun əyaxlaroz var olsun! Ancaq heç bilmirdim ki, itimin bu qədər qohum-əqrəbası, simsarı varmış"- deyir.
Qəzet satışı
Bir nəfər qəzet köşkündə satıcı işləyən Hacı dayıdan soruşur"
-Hacı dayı, "Şəki fəhləsi" qəzetinin sabahki nömrəsi yoxdu ki?
-Ağro mən alım."Şəki fəhləsi" qəzetinin sabahki nömrəsini dünən satmışam!- deyə Hacı dayı cavab verir.
Ə,sizdə palan,quşqun var?
Bir dəfə Lütvəli Abdullayev Şəkidə ərzaq mağazasına girərək,satıcı ilə zarafat edərək soruşur:
-Ə,sizdə palan,quşqun var?
Satıcı özünü itirmədən dillənir:
_Lütvəli əmi,var,özü də nə qədər istəsəniz.Amma hayıf ki,sizin ölçünüzə yariyəni yoxdur.