Bağışlayan RƏBBİM

23 Ekim 2014
1 692
0
Bağışlayan RƏBBİM

Bağışlayan RƏBBİM

Həyatını günahlarla doldurmuş bir adam yağışlı və palçıqlı bir gündə ayağı sürüşür və yerə yıxılır. Yıxılan zaman üstündəki paltarlar çirklənməsin deyə əlləri ilə yerdən tutur və ayağa qalxır. Yerdən tutduğu üçün sağ əli daha çox çirklənmişdi. Amma bu bədəvi və mədəniyyəti olmayan biri əlini yumaq yerinə bir yerə silməyi üstün tutur. Siləcək bir yeri olmadığından həmin anda yoldan keçən bir uşağın başını oxşayaraq əlini silər və ordan ayrılar. Bu hərəkətdən uşağın xəbəri belə olmadı. Adam qısa bir müddət sonra günahlarına tövbə edəcək fürsət belə tapmamış vəfat edir. Getdiyi yer mələklər tərəfindən göstəriləcəyi zaman çox qorxar, çünki həyatı büs-bütün günahlarla doludur. Cəhənnəmi gözləyərkən həmin anda mələklər ona cənnət bağçalarından bir bağça göstərirlər. Adam çaşıb qalır və bu qədər günahı olduğu bir halda necə olurda Allah ona cənnəti nəsib edər?

Bağışlayan RƏBBİM

- O quluma söyləyin, bir gün əli palçığa bulaşdığında, o, əlini silmək üçün bir uşağın başını oxşamışdı. Etdiyi hərəkət yalnış olsa belə o uşaq yetim idi. Kimsə ona yaxınlaşıb başını oxşamamışdı. O qulum pis niyyətli olsa da o yetimi o qədər sevindirdi ki; mən də o gözəl yetim qulumun hörmətinə o günhkar qulumu bağışladım.
Peyğəmbərimizdən bir hədisi "Kim məhəbbətlə əlini bir yetimin başına çəksə, Allah qiyamət günü yetimin başındakı tükün sayı qədər ona nur bağışlayacaq"


Oxuyarkən gözlərim doldu...Həqiqətəndə İlahi Bağışlayandı...:(
Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.