Yumurta haqqında 8 mif: o zərərlidir və ya boyalıdır

25 may 2017
977
0
Yumurta haqqında 8 mif: o zərərlidir və ya boyalıdır
Yumurtaya demək olar ki, hər birimizin rasionunda rast gəlinir. Və mütəxəssislər həmişə qeyd edirlər ki, yumurtanın tərkibində zülallar çox olduğu üçün mütləq hər gün bir ədəd də olsa yumurta yemək lazımdır. Eyni zamanda demək olar ki, yumurta bütün pəhrizlərin menyusunda var. Bu dəfə isə Foxy sənə yumurta haqqında 8 mifdən – zərərli və ya boyalı olmasından yazır.

Yumurta qanda xolestrolun miqdarını artırır


30 il əvvəl alimlər qanda xolestrolun əsas mənbəyi kimi yumurtanın olması haqqında məlumatlar vermişdilər. Və demək olar ki, onlar bildirmişdilər ki, həftədə 3-4 yumurtadan artığını yemək olmaz. Doğurdan da, yumurtada xolestrol çoxdur – orta ölçülü yumurtada 213 mg-dır. Gündə 300 mg xolestrol qəbul etmək olar ki, bunu da bir ədəd yumurta təmin edir. Ona görə də artığını yemək zərərlidir. Amma yumurtanın tərkibində xolestroldan da zərərli fosfolipid maddələr var.

Yumurta qaraciyərə ziyandır


Bu fikir düzgün deyil. Yumurtanın tərkibindəki fosfolipid maddələr qaraciyərin sağlamlığı üçün xeyirlidir. Onun funksiyası qaraciyəri zəhərli maddələrdən qorumaqdır. Dietoloqlar mayonezli və ya kərə yağında qızardılmış yumurtanı yeməyi tövsiyyə etmirlər.

Yumurta kökəldir, tərkibində kalori çoxdur


İnsan təsəvvür edə bilmir ki, 75 kalorisi olan qida onu necə kökəldə bilər ki?! Yumurtanın sarısında 5 qram yağ olur. Amma ağında isə heç yağ, zülal yoxdur. Yumurtanın əsas hissəsini ağı təşkil edir ki, onda da yağ olmadığı üçün demək olar ki, bütün dietlərin tərkibinə daxildir.

Pis həzm olunduğu üçün gecə yumurta yemək olmaz


Bu heç də belə deyil. Gecə yumurta yeyərkən qaynadılmış yumurta yemək lazımdır. Bu qayğanaq və ya “qlazok”dan daha faydalı və həzm olandır. 3 saat qaynadılmış yumurta mədədə qala bilər. Amma unutmaq olmaz ki, gec nahar insana heç bir sağlamlıq gətirə bilməz.

Çiy yumurta kişinin gücünü artırır


Müasir elm bu mifi təkzib edir. Belə ki, yumurtanın tərkibində heç bir güc artıran xüsusi maddə yoxdur. Amma əvəzində xeyirli maddələr və zülallar çoxdur.

Daha parlaq sarı – daha çox fayda

Bu belə izah olunur: toyuq nə qədər çox günəş altında yatarsa yumurta sarısının rəngi o qədər parlaq olar. Və hətta toyuğa yumurtasının sarısı parlaq olsun deyə xüsusi qidalar verilir. Eyni maddədən forel və somon balığının rənginin tünd çəhrayı olunması üçün də verilir. Bu maddə kantaksantin adlanır ki, son zamanlar avropalı həkimlər bu maddənin görmə qabiliyyətini pozduğunu açıqlayıblar.

Qəhvəyi qabıqlı yumurta ağ qabıqlıya nisbətən daha dadlıdır


Bu iki qabıq rənginə malik yumurtaların dadında heç bir fərq olmur.

Yumurta tez-tez salmonellosisə səbəb olur


Bu hal çox güman ki, düzgün bişirilmədikdə baş verir. Bərkiməmiş jele kimi bişən yumurta böyük risk yaradır. Qayğanaq bişirərkən onu yaxşı bişirmək lazımdır, baxmayaraq ki, tez bişir. Amma qeyd edək ki, qaynadılmış yumurta daha faydalıdır. Qaynar suda yumurtanın sarısı tam bişir, mayeliliyini itirir və salmonellosis məhv olur.
foxy.az
RƏY ƏLAVƏ ET

ƏN SON XƏBƏRLƏR

HAMISI
Qəlbim Sahibsiz Ada Yazılı Şəkilləri 2019 (315)
21:00
553

Qəlbim Sahibsiz Ada Yazılı Şəkilləri 2019 (315)

22.08.2019 Gündəlik Bürclər (22 Avqust 2019 Günlük Bürclər)
20:00
952

22.08.2019 Gündəlik Bürclər (22 Avqust 2019 Günlük Bürclər)

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (238)
19:00
570

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (238)

Tərk Edilmiş Qəlblər Yazılı Şəkilləri 2019 (151)
18:00
539

Tərk Edilmiş Qəlblər Yazılı Şəkilləri 2019 (151)

Ayaq barmaqları zədələnəndə diqqətli olun, QANQREN yarana bilər!
17:00
71

Ayaq barmaqları zədələnəndə diqqətli olun, QANQREN yarana bilər!

Məşhurların İnstaqramda paylaşdıqları - FOTOLAR
16:00
213

Məşhurların İnstaqramda paylaşdıqları - FOTOLAR

Həyatımın Qadını Yazılı Şəkilləri 2019 (27)
15:00
623

Həyatımın Qadını Yazılı Şəkilləri 2019 (27)

Uşaqlar sosiska yeməməlidir? – Ekspert danışdı
14:00
106

Uşaqlar sosiska yeməməlidir? – Ekspert danışdı

Bürclər Haqqında Maraqlı Məlumatlar (579) - Fotolar
13:00
338

Bürclər Haqqında Maraqlı Məlumatlar (579) - Fotolar

GERİ 1 2 3 4 5 6 7 8 9 10 ... 531 İRƏLİ