Cinsiyyət orqanının qaşınması bu xəstəliyin əlamətidir - FOTOLAR
Feat.Az-ın sağlamlıq bölməsi bu gün oxucuları xərçəng xəstələrinin 90 faizinin görməzdən gəldiyi 7 erkən əlaməti ilə tanış edib.
Dəridə toxuma böyüməsi
Neoplazma adı verilən bu kütlələr adətən dəri və ya döş xərçənginin ilkin təzahürüdür. Həmçinin döş və ya qoltuq altında toxuma kütləsi, yemək və ya kosmetik allergiyası ilə əlaqədar olmayan qızartı, neoplazmanın (neoplazma - bir orqanizmin və ya bir orqanın struktur elementlərindən birini təşkil edən hüceyrələr) ortasında sulu yara, doğuş ləkəsinin böyüməsi və ya formanın dəyişməsi kimi simptomlardan hər hansı birini müşahidə edən kimi həkimlə məsləhətləşin.
Keçməyən öskürək
Uzunmüddətli öskürək ağciyər xərçənginin ilk əlamətlərindən biridir. Ağciyər xərçənginin digər əlamətlərinə iştaha itkisi, çəki itirmək, öskürərkən qan gəlməsi və təngənəfəslik daxildir.
Dəridə qaşıntı
Dərinin qabıq verməsi hər zaman şişlərlə əlaqədar deyil. Ancaq kliniki təcrübələr göstərir ki, dərinin qabıq verməsi bəzi hallarda xərçəng əlamətidir. Uşaqlıqdakı şişlər genital qaşıntıya səbəb ola bilər. Beyin xərçəngi isə burun deşiklərində qaşınmaya səbəb olur.
Bağırsaq funksiyasının pozulması
Bağırsaq xərçənginin əlamətləri isə bunlardır: qanlı ifrazat və iltihablı ifrazat, nəcisin qəfildən öz-özünə xaric olması.
Sidik və nəcisin eyni anda xaric olması
Bu vəziyyət böyrək xərçənginin əlaməti ola bilər. Digər simptomlar arasında qanlı sidik, hipertoniya, böyrək ağrısı və xroniki yorğunluq yer alır.
Birdən-birə həddən artıq arıqlamaq
Mədə xərçənginin ilk əlamətlərindən biri qəfil çəki itkisidir. Həmçinin ətdən iyrənmək, tez doyma hissi, qan azlığı, bağırsaq problemləri kimi dəyişikliklər də mədə xərçənginin ilkin əlamətləri sayılır.
Daimi boğaz ağrısı
Uzun müddət boğaz ağrısı boğaz xərçəngi əlaməti ola bilər. Bununla yanaşı, nəfəs almada və udmaqda çətinlik, səsdə boğuqluq, qanlı öskürək və ağız qoxusu kimi əlamətlər sözügedən xəstəliyin əlamətlərinə daxildir.