Bürclərin əsla bağışlamadığı davranışlar
Feat.Az xəbər verir ki, astroloqlar bürclərin heç vaxt bağışlaya bilmədiyi məqamların siyahısını hazırlayıb.
Qoç
Əgər siz Qoçlarla düşmən olmaq istəyirsinizsə, onda nəyi və necə etmək barədə onlara göstərişlər verməyə başlayın. Bu bürcləri heç nəyə əmr tonu qədər bərk əsəbiləşdirmir. Qoç bürclərini incitməmək üçün heç vaxt səsinizi yüksəltməyin.
Buğa
Buğa bürcləri konfliktsiz insanlardır, lakin əziyyət və xidmətini layiqincə qiymətləndirməsəniz, onların həssaslığı və ədalət hissi sizi bağışlamağa imkan verməyəcək.
Əkizlər
Əkizlər asanlıqla güzəştə gedir, amma onların ünsiyyət dairəsini məhdudlaşdırmağa çalışsanız, o zaman siz dərhal bu maraqlı və ünsiyyətcil insanların qara siyahısına düşəcəksiniz.
Xərçəng
Dalğın və romantik Xərçənglər incə qəlbli insanlardır. Məhz buna görə də onlar qəlbinin ən dərin yerlərinə toxunan insanları sevmir. Odur ki, heç vaxt bu bürcün nümayəndələrinə təzyiq göstərməyin, əks halda onlar özünə qapanacaq və sizə etibar etməyəcəklər.
Şir
Nüfuzu Şir üçün çox vacibdir. Elə bu səbəbdən də onlar üçün tənqid edilməkdən dəhşətli və pis heç nə yoxdur. Əgər siz Şir bürcləri ilə yaxşı yola getmək istəyirsinizsə, onları səmimi qəlbdən tərifləyin.
Qız
Tanınmış pedantlar nizamsızlığa nifrət edir. Və bu, təkcə maddi məsələlərə aid deyil. Əgər Qız bürclərinin hissləriylə oynasanız, onda sizi yaxşı heç nəyin gözləmədiyi dəqiqdir.
Tərəzi
Bu zodiak işarələri dünyada harmoniya və gözəlliyi hər şeydən çox qiymətləndirir. Ona görə də Tərəzi zövqsüz və pis davranışları sizə heç vaxt bağışlamaz.
Əqrəb
Bu güclü şəxsiyyət dedi-qodu və intriqaları qəbul etmir. Əqrəblərin gözündə satqın və yalançı imic yaratmaqdansa, yaxşı olardı ki, bütün həqiqəti düz üzünə deyəsiniz.
Oxatan
Oxatanlar öz müstəqilliyini və suverenliyini çox yüksək qiymətləndirir. Əgər onlar nəyisə ağlına qoyublarsa, yolunu kəsməyə cəhd etməyin. Onsuz da heç nə alınmayacaq.
Oğlaq
Oğlaq üçün şəxsiyyətinə hörmətsizlik göstərilməsindən pis heç nə yoxdur. Bu zodiak işarələri ilə ünsiyyət zamanı subordinasiya qaydalarına riayət etmək və heç bir halda lazım olduğundan artıq yaxınlığı rəva bilməmək lazımdır. Oğlaqlar bunu bağışlamır.
Dolça
Dolça çərçivələri qəbul etmir. Şərtilik onlar üçün deyil. Həmçinin Dolçaların yanında həddən artıq mühafizəkar baxışları müdafiə etmək məsləhət deyil, bu, qeyri-standart düşünən insanları qıcıqlandırır.
Balıq
Balıq bürcləri rəhbərlik etməyi sevir, bu zaman onlar qəti əmindir ki, bunu bütün dünyanın rifahı naminə edirlər. Onları altruist kimi görünmək imkanlarından məhrum etməyin, yoxsa bu zodiak iaşrəsi ilə münasibət qurmaq sizə çətin olacaq.
publika.az