Sudan daha faydalı içkilər - SİYAHI

26 Temmuz 2017
1 203
0
Sudan daha faydalı içkilər - SİYAHI
İsti havalarda bol maye xüsusilə də su içməyin vacibliyini hər kəs bilir. Amma bəzi içkilər var ki, onların sağlamlıq üçün faydası sudan belə çoxdur. Feat.Az həmin içkilər barədə sizə məlumat verir.

Aloe suyu


Antioksidantlarla zəngin olan və qida mütəxəssisləri tərəfindən də tövsiyə olunan aloe həzm, yara bitişməsində möcüzəvi təsirə malikdir.

Xlorofil suyu


Adını bəlkə də ilk dəfə duyacağınız xlorofil suyu tərkibindəki meyvə nektarı və bitkilərə rəngini verən xlorofil maddəsinə görə bir stəkanı ilə 4 stəkan ispanaqdan belə, daha çox antioksidantla zəngindir.

Kakos suyu

Kakosun südü qədər suyu da faydalıdır. Təbii kakos da zəngin potasium tərkibi sayəsində sudan daha çox qidalandırıcıdır. Amma diqqət etmək lazımdır ki, şəkər tozu əlavə edilməmiş olsun.

Probiotik su

Sağlam bağırsaqlar istəyirsinizsə, probiotik su işməlisiniz. Ağrısız işləyən bağırsaqların yolu probiotik sulardan keçir. Həm də bu qarışımlar sizi gün ərzində susuzluq hiss etmədən enerjili saxlayacaq.

Meyvəli su


Suyun içinə atacağınız alma, limon, şaftalı kimi hər meyvə qüvvətli bir antioksidant xüsusiyyətinə sahibdir. Burada əhəmiyyət verilməli məsələ meyvə suyu ilə meyvəli suyu qarışdırmamaqdır.

Çuğundur suyu


Potasium, B vitamini, maqnezium və dəmir qaynağı olan çuğundur suyu tərkibindəki şəkər səviyyəsinə baxmayaraq, içə biləcəyiniz ən faydalı içkilərdən biridir.
lent.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.