Bakı və Abşeron yarımadasında bu ərazilərdə ev tikmək olmaz – RƏSMİ AÇIQLAMA

26 Ekim 2014
1 576
0
Bakı və Abşeron yarımadasında bu ərazilərdə ev tikmək olmaz – RƏSMİ AÇIQLAMA
Bakı və Abşeron yarımadasında bu ərazilərdə ev tikmək olmaz – RƏSMİ AÇIQLAMA

Nazirlər Kabineti “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu haqqında Əsasnamə”də dəyişiklik edib.

Milli.Az APA-ya istinadən bildirir ki, dəyişikliyə əsasən, Qoruğun torpaq və su (akvatoriya) sahələrini kənar antropogen təsirlərdən qorumaq məqsədilə həmin ərazilərin sanitariya-mühafizə zonaları müəyyən ediləcək.

Bu zonaların müəyyən edilməsi və rejim qaydaları “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” qanunla müəyyən olunmuş formada həyata keçiriləcək. Qanuna əsasən xüsusi mühafizə olunan təbiət ərazilərinin sanitariya-mühafizə zonası xüsusi mühafizə olunan təbiət ərazilərinin torpaq və su (akvatoriya) sərhədlərinin hüdud xəttindən bütün perimetri boyunca 3000 metrədək məsafədə müəyyən edilir.

Xüsusi mühafizə olunan təbiət ərazilərinin sanitariya-mühafizə zonalarında yeni yaşayış məntəqələrinin salınması, ekoloji təhlükə yaradan müəssisələrin, o cümlədən kimya, nüvə energetikası və metallurgiya sənayesi obyektlərinin yerləşdirilməsi və istismarı, geoloji kəşfiyyat işlərinin aparılması, faydalı qazıntıların çıxarılması və emalı, meşələrdə əsas istifadə qırıntısı, aqrokimyəvi maddələrdən və pestisidlərdən istifadə, yerli fauna və flora növlərinə uyğun olmayan növlərin introduksiyası, ərazinin hidroloji rejimini pozan və torpağın münbitliyinə təsir edən işlərin görülməsi qadağandır.

Xüsusi mühafizə olunan təbiət ərazilərinin sanitariya-mühafizə zonalarına daxil edilmiş xüsusi mülkiyyətdə, bələdiyyə mülkiyyətində və (və ya) istifadədə olan əmlakdan servitut hüququ əsasında istifadə edilir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.