Arıqlamaq istəyirsinizsə QOZ YEYİN
Feat.Az saglamolun.az-a istinadən bildirir ki, araşdırmada piylənmədən əziyyət çəkən 10 könüllü iştirak edib.
Araşdırma 10 gün ərzində davam edib. Birinci 5 gün ərzində iştirakçılar hər gün 40 qr qoz istehlak edirdi. Növbəti 5 gün ərzində iştirakçılar qoz yemirdi. Məlum olub ki, birinci 5 gün ərzində iştirakçılar daha az aclıq hiss edirdi və daha az kalorili qidaları qəbul edirdi.