Her şeyin Yalan.

29 Ekim 2014
2 995
0
Her şeyin Yalan.

Her şeyin Yalan.

Sənin hər şeyin yalan,sənə heç bir şey söyləmək istəmirəm. Bütün sözlər qeyri-kafi, heç bir şey yazmaq istəmirəm. Əngin dənizlərə kulaç atdığım, üstümə göyqurşağını əhatə etdiyim bu eşq yalanmış. İndi qaranlıq sularda boğuluram. Nə yana dönsəm yalan, gülüşlər yalan, vədlər yalan, insanlar yalan. Mən sənimi sevdim, sənin gözlərinləmi baxdım dünyaya, böyük bir yalanı səninləmi yaşadım?...

Her şeyin Yalan.

Gözlərinə baxdığım zaman cənnət bağçasına keçərdim. Bir aldatmacaymış, pis bir yuxu, pisliyin belə bir üzü vardır,bir görünüşü. Amma ən betəri buymuş, bu aldatmaca. Bir nağıl olsaydın razıydım,bir şeir olsaydın, alıb saxlardım.Gözəl bir üz qalardı səndən geriyə. xoş bir xatirə. Amma heç bir şey qalamadı. Bir yoxluğu fərz etmişəm, bir heçə sarılmışam. Səhrada ilğım belə deyilsən, İlğımın belə gizli işığı vardır. Sən isə işığı udan kor bir quyu. Mən kor quyularda qaynaq suyu axtarmışam.

Her şeyin Yalan.

Necə olsa bitərdi bu eşq.Amma unudulmaz bir xatirə, gəncliyin gözəl bir anı olaraq qalsaydı. Sən heç bir şeyin dəyərini bilmədin. Kökün çürük, yarpağın kül, meyvən zəhərmiş. Mən səni sevginin yerinə qoymuş aldanmışam. Qəbahət səndə deyil, mən insan tanımamışam. Sən nifrət etmirəm, çünki sən onsuzda yoxmuşsan. Əsil nifrət ediləcək adam mənəm. Kiçik bir toz dənəsini bir cəvahirat sanmışam.
Sənin xəyanətin mənə qoymadı. Məni qəhr edən, məni yox edən, məni min pişman edən tək şey,bir eşq yaratmış tək başına yaşamışam. Sən onsuzda yoxsan ki sənin nəyinə yanım?....


P.S.Xəbərimi oxuyub şərh yazmıyan və oxumuyub şərh yazanların xəbərləri şərh üzünə həsrət qalsın...Her şeyin Yalan.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.