O Sənin deyil...

31 Ekim 2014
1 608
0
O Sənin deyil...
O Sənin deyil...

Qaraya bürünüb aglayan sevgin
Qəlbini eşq ilə dağlayan sevgin
Eşqə qapisini bağlayan sevgin

Yatibsa oyatma, "o" sənin deyil
Özünü aldatma, "o" sənin deyil !

O Sənin deyil...

O kini qəlbindən sökərdin gərək
Yerinde bir sevgi tikərdin gərək
O daşi ətəkdən tökərdin gərək,

Getdinsə qayitma, "o" sənin deyil
Özünü aldatma, "o" sənin deyil !

O Sənin deyil...

Indi icin-icin yan dünənlərə
Kor peşman qayidib dön dünənlərə
Sabahlar olanmaz tən dünənlərə

Elini uzatma "o" sənin deyil,
Özünü aldatma, "o" sənin deyil !

O Sənin deyil...
Sevgi kəndiriniz qirilib artiq
Yerində yeni esq qurulub artiq
Derd-kədər çəkməkdən yorulub artiq

Qəlbini ovutma, "o" sənin deyil
Özünü aldatma, "o" sənin deyil !

O Sənin deyil...
Yatmiş o sevginiz daha oyanmaz
Bu dünya yansada daha o yanmaz
Gedən gedib artiq zaman dayanmaz

Yarani qanatma, "o" sənin deyil
Özünü aldatma, "o" sənin deyil !

O Sənin deyil...
Özgə bir ocağa qizinibdir o,
Yeni bir həyata qisinibdir o,
Getmə deyə-deyə çox sinibdir o,

O günü unutma, "o" sənin deyil
Özünü aldatma, "o" sənin deyil
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.