Kimdir Kor???

31 Ekim 2014
1 483
0
Kimdir Kor???
Kimdir Kor???



Diqqət! Diqqət!! Diqqət!!!

Deməli əzizlərim... Qoşa Qala qapısından Bulvarın qabağına çıxan küçədə işıqforun qırmızı işığının çox yanmasıyla əlaqədar adətən tıxac olur... 25-30 yaşlarında gözləri görməyən ( kor ) bir gənc oğlan həmin tıxacda sürücülərdən nəzir toplayır, başqa sözlə desək pul yığır!
Maraqlıdır ki, əlini maşınların kapot, qapı və şüşə hissəsinə sürtərək sürücünün yerini əliylə müəyyən edir... Nastradamus hisslərim bu oğlanın kor olmadığını dedi mənə. Tıxacda həmin kor oğlan qabaqdakı avtomobilin sürücüsündən pulunu aldıqdan sonra əlini mənim avtomobilimin kapot, daha sonra şüşəsinə sürtərək məndən pul istədi... soruşdum:"qardaş nədir problemin?"
Cavab verdi ki: "Koram qardaş, dünya işığına məhrumam..." Mən də öz növbəmdə "Allah köməyin olsun" deyərək qəsdən cibimdən əlli manatlıq əskinas çıxardım və avtomobilin içindəcə pulu havaya qaldırdım...
Kor oğlan birbaş əlini avtomobilimin içinə soxaraq "Allah səni sevindirsin..."
deyərək pulu götürmək istəyəndə əlimi geri çəkdim.
Uşaq olarsan Şeytana pabuc tikən adamam mən, kimə gəlirsən?50 manatın kəramətinə bax ay kişi, korun da gözlərini açırmış bu məmləkətdə... Dedim: "Bəs nouldu kor idin? 50 manatlıq gözlərivi açdı deyəsən...
Hamıya xoxxx, əmiyə yoxxx " demişdim ki, "kor" oğlan avtomobildən uzaqlaşmağa başladı...Düşdüm avtomobildən, məqsədim "kor"u tutub döymək idi.
Amma çox təəssüf ki, işıqforun yaşıl işığı yandı...

İndi isə siz deyin əzizlərim - kimdir kor?

Statusumun maşenik qəhrəmanımı...?
Yoxsa onun kor olmadığını görməyən bizlərmi???
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.