Səudiyyə Ərəbistanında peyğəmbərlə ünsiyyətdə olduğunu iddia edən təqaüdçü həbs edilib.

01 Kasım 2014
1 223
0
  Səudiyyə Ərəbistanında peyğəmbərlə ünsiyyətdə olduğunu iddia edən təqaüdçü həbs edilib.
  Səudiyyə Ərəbistanında peyğəmbərlə ünsiyyətdə olduğunu iddia edən təqaüdçü həbs edilib.


Yaşlı kişini günahla mübarizə komissiyası həbs etdirib.

Səudiyyə Ərəbistanında peyğəmbərlə ünsiyyətdə olduğunu iddia edən təqaüdçü həbs edilib.

Feat.az-ın ANS PRESS-ə istinadən məlumatına görə, yaşlı kişini Səudiyyə Ərəbistanın xeyirxahlığa dəstək və günahla mübarizə komissiyası həbs etdirib.

Onun həbs olunmasında əsas səbəb internetdə yayımlanan video olub.

Görüntülərdə sabiq məktəb müdürü peyğəmbərlə Mədinə mehmanxanalarından birində görüşdüyünü söyləyir.

Onun sözlərinə görə, Məhəmməd Peyğəmbər bir neçə zavvara öz məzarına aparan yolu göstərib.

Komissiyanın başçısı şeyx Əbdül-Atif aş-Şeyx ətraflı araşdırma aparılması haqda göstəriş verib. Komissiyanın mətbuat xidmətinin məlumatına görə, saxlanılan şəxs möminlərin mənəviyatının pozulmasında ittiham olunur. Dünyada ən qədim məscidlərdən olan əl-Kubanın imamı Doktor Məsud əl-Məhəmmədi qeyd edib ki, söhbət islamla heç bir əlagəsi olmayan yanlış xurafatdan gedir.

Onun sözlərinə görə, bu cür miflərə qarşı həssaslıq peyğəmbərə qarşı hörmətsizlik kimi qiymətləndirilməlidir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.