Özün ol!

11 Haziran 2021
2 530
0
Özün ol!
Qadınlar incə məxluqdur, və bu sadəcə zahiri görünüşə aid deyil. Bizim qəlbimizə yol tapmaq nə qədər çətin olduğu kimi, özümüzü anlamaq da bir o qədər qəliz məsələdir. Qadın psixologiyası üzrə ixtisaslaşan doktor Samanta Bordman şəxsi keyfiyyətlərimizi qəbul edib və özümüzü kütləyə düzgün təqdim etmək barədə bəzi məsləhətləri ilə köməyimizə gəlir.

Dəb aləminin məşhur simalarından biri olan Diana Vriland deyib: “Vəhşi cazibəyə malik olmaq üçün gözəl doğulmaq şərt deyil”. Bu, tamamilə doğrudur. Düşünün, həqiqətənmi gözəllik cazibə deməkdir? Cazibə və daxili parıltı ilk növbətə mənəvi və psixoloji aspektlərdən doğan anlayışlardır.

Beləliklə, sizə məsləhətlərim qısa olaraq bunlardır:

1. Xarizmanızdan çəkinməyin


“Bədən dili” hər şey deməkdir. Hərəkətləriniz və danışığınızda olan hər bir xırda detal məhz sizə aiddir və sizi digərlərindən fərqli edir. Bundan çəkinmək və ya utanmaq lazım deyil.

2. Geyiminizdə səliqəli olun


Gözəl olmaq ilk npvbədə səliqəli olmaq deməkdir. Sizə uyğun olan və yaraşan geyimləri geyinməklə yanaşı, onların təmizliyinə və qaydasında olduğuna daima fikir verin.

3. Başınızı dik tutun


Ümumiyyətlə, həyatda əyilmək və əzilmək yolverilməzdir. Xüsusən də, qadınlar üçün. Odur ki, başınızı dik tutun və inamla irəliyə addımlayın. Dayanmaq ölüm deməkdir.

4. Dinləməyi bacarın

Unutmayın ki, dinləmək qabiliyyəti hər adama məxsus deyil. Bunu bacarmırsınızsa, mütləq öyrənin. Qadını cazibədar edən xüsusiyyətlərdən biri məhz təmkinlə dinləməyi bacarmağıdır.

5. Ətirli olun


Ən son elmi araşdırmalar ətrin cazibə qüvvəsinin nə dərəcədə böyük təsirə malik olduğunu bir daha sübüt edir. Ətir seçimlərinizdə diqqətli olun və “öz ətrinizi” mütləq kəşf edin.

6. Gülümsəyin


Qadına gülümsəmək çox yaraşır. Qısa olaraq, gülümsəyin!

7. Dərinizə qulluq edin


Bunun üçün ilk növbədə qidalanmaya fikir vermək və gün ərzində kifayət qədər su içmək lazımdır. Təbii ki, vücud üçün olan qulluq vasitələrini də unutmaq olmaz.

8. Qırmızı rəngdən qaçmayın

Qırmızı rəng sevinc və ehtiras rəngidir. Obrazınızda heç olmaya bir qırmızı əşya sizin əhvalınızı kökündən dəyişə bilər. Bunu bilirdiniz?

9. Mülayim olun


İnsanlar ilə rəftarda mülayim olmaq çox vacib olduğu qədər də, cazibədardır. Müasir həyat kifayət qədər aqressiya və stress ilə dolu olduğundan, ətrafdakılar ilə zərif davranmanız sizi digərlərindən dərhal fərqləndirəcəkdir.

10. Özünüzə inanın


Cazibəli olmağın bu və ya digər 10 qaydası varsa, özünə qüvən və inam, şübhəsiz olaraq, həmin siyahıya daxildir.

Mətn: Samanta Bordman

Adaptasiya və tərcümə: Könül Ərəbskaya-Rüstəmova
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.