Kəbinsiz evlilik haramdır? - CAVAB BURADA

06 Şubat 2018
1 416
0
Kəbinsiz evlilik haramdır? - CAVAB BURADA
Müəyyən yaşa daxil olduqdan sonra hər kəsin sevib-sevilməyə, ailə qurmağa ehtiyacı olur. Elə İslam dinində də ailə həyatı qurmaq vacib əməllərdən biri sayılır.

Nikahın dövlət qeydiyyatına alınması tərəflərin ər-arvad olduğunu təsdiq edir. Ancaq bəzi ilahiyyatçılar bununla razılaşmırlar. Onların fikrincə, bununla bərabər həm də dini kəbin vacibdir. Hətta bilərəkdən dini kəbinsiz qurulan evlilikdən doğulan körpə halalzadə hesab edilmir. Hətta bəziləri belə bir fikir də səsləndirirlər ki, dövlət nikahı olmadan evlilik olar, amma kəbinsiz yox.



Feat.Az bildirir ki, bununla bağlı Sənətşünaslıq üzrə elmlər doktoru Sabirə Dünyamalıyeva modern.az-a danışıb. O qeyd edib ki, nikahı olan şəxslərə kəbinsiz ailə qurmaq heç də haram deyil: “Burada əsas məsələ qadının gələcəyinin təminatıdır. Nikah varsa, dövlətin evlilər qarşısında qoyduğu qanuni borclar var, onlar ödənilməzsə, dövlətin ədalət sistemi işə qarışar. Ancaq dini kəbində evlilər üzərində ciddi bir məsuliyyət qoyulmur. Çünki Konstitusiyamıza görə, din dövlətdən ayrıdır”.


Sabirə Dünyamalıyevanın sözlərinə görə, burada ən əsas məsələ gələcək nəslin problemidir: “Nikah varsa, doğulan mənəvi yükdən , cəmiyyətin qınağından, “xor görülmək”dən azad olur, həm də varislik kimi bir gələcəyi dövlətin ədalət sistemi tərəfindən qorunur. Dini kəbin isə bunları verə bilmir”.


S. Dünyamalıyeva bildirib ki, hazırda İslam dininin qoyduğu qayda-qanunları bilən çox az adam var: “Amma qeyd etməliyəm ki, dini əla bilən adam da övladının gələcək maddi-mənəvi qarantiyasını təşkil edə bilmirsə, bu dini kəbin doğru sayıla bilməz. Bizim ölkədə sistem dini sistem deyil. Və yaxşı ki, elə deyil”.


Onun sözlərinə əsasən, əgər bir evlilikdə nikah yoxdursa, onda kəbin mütləq olmalıdır: “Şahidlər hüzurunda kəbin elan edilibsə, doğulan körpə zinadan doğulan hesab edilə bilməz və ya əksinə. Amma tək kəbin ilə ailə qurmaq uşağın gələcəyinə təminat vermir. Tutaq ki, tək kəbin var. Vərəsəlik yox, atanın daim yanında olacağına təminat yox. Arvadın sayı məsələsi də qeydiyyata keçmir. Bu dəhşətdir axı. Sabah uşağını, xanımını atdı getdi, onda necə olacaq? Atılanların haqqını kim qoruyacaq? Dövlət ancaq öz sənədinə zəmanət verir, mollanın sənədinə yox”.


Elmlər doktorunun fikrincə, “kimsə bilərəkdən kəbinsiz evlənirsə, doğulan uşaq halalzadə sayılmır” fikri təmamilə yanlışdır:

“Dinin əsas məqsədi insan haqlarını qorumaqdır. Hər kəs nə edirsə etsin, amma uşaqların gələcəyini məhv edirsə, bu, bağışlanılmaz günahdır. Müqəddəs kitabımızda da qeyd olunub ki, uşaqlara bunu rəva görənlərin Qiyamət günü heç üzünə də baxılmır. Söz belə verilmir”.

ƏN SON XƏBƏRLƏR

HAMISI
Gözəl Gözlüm Yazılı Şəkilləri 2019 (35)
21:00
203

Gözəl Gözlüm Yazılı Şəkilləri 2019 (35)

22.10.2019 Gündəlik Bürclər (22 Oktyabr 2019 Günlük Bürclər)
20:00
540

22.10.2019 Gündəlik Bürclər (22 Oktyabr 2019 Günlük Bürclər)

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (297)
19:00
481

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (297)

Düzgün Sevilmədik Yazılı Şəkilləri 2019 (12)
18:00
465

Düzgün Sevilmədik Yazılı Şəkilləri 2019 (12)

Ağızda quruluğun 7 səbəbi - Çıxış yolu
17:00
99

Ağızda quruluğun 7 səbəbi - Çıxış yolu

Axtar Onu Yazılı Şəkilləri 2019 (7)
15:00
603

Axtar Onu Yazılı Şəkilləri 2019 (7)

Qıcıqlanmış bağırsaq sindromu nədir?
14:00
85

Qıcıqlanmış bağırsaq sindromu nədir?

Bürclərin Məşhur Qadınları Kimlərdir - Fotolar
13:00
301

Bürclərin Məşhur Qadınları Kimlərdir - Fotolar

Səhər yeməyində turp və zeytun yağı... Məşhur həkimdən ÇAĞIRIŞ
12:00
83

Səhər yeməyində turp və zeytun yağı... Məşhur həkimdən ÇAĞIRIŞ

GERİ 1 2 3 4 5 6 7 8 9 10 ... 529 İRƏLİ