Əl titrəməsinin səbəbləri

22 Nisan 2018
1 721
0
Əl titrəməsinin səbəbləri
Əksər insanların normal həyatının qüsurlarından olan əllərin titrəməsinin əsas səbəbləri stress, anidən əsəbləşmək və aclıq hesab edilir.

Feat.Az
saglamolun.az-a istinadən bildirir ki, titrəmə bədənin bir qismində əzələlərin istənmədən ani ritmik sıxılma və boşalması nəticəsində baş verir. Stress, tünd çay və qəhvə içmək, ani əsəbləşmə kimi bəzi hallar titrəməni daha aydın görülə biləcək bir hala gətirir.

Titrəmə istirahət edərkən, hərəkət sırasında, əllər önə uzadılmış şəkildə, yazı yazarkən belə, ortaya çıxa bilər. Əllərin titrəməsi şikayətilə həkimə müraciət edən xəstələrin əksəriyyətində "esansiyel tremor" adlı xoş xasəli bir hala rast gəlinir.

Əsasən 20 yaşdan sonra başlayır. Ciddi bir xəstəliklə əlaqəsi yoxdur. Kafein, yorğunluq, stress əllərin titrəməsini artdırdığı halda, spirtli içki azaldır. Yaş artdıqca titrəmə də artır.

Xəstəliyin ilk anlarında titrməni tam hiss etmək mümkün olmasa da, irəliləyən yaşlarda daha kəskin bir hala gəlir və bədənin digər hissələrində də rastlanır. Titrəməyə səbəb olan nevroloji xəstəliklərə - Multiple Skleroz ( MS), zərbə, travmatik beyin fəsadı, beyincik və beyinin məhviylə irəliləyən xəstəliklər aiddir.

Asma xəstələrinin, psixiatrik xəstələrin müalicəsində istifadə olunan dərmanlar, amfetamin əllərdə tirməyə yol aça bilər.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.