Kitab oxumağın bilinməyən 6 faydası
Sussex Universitetinin 2009-da həyata keçirdiyi araşdırmalara əsasən, stressdən qurtulmağın ən həll edici üsulu, köhnə dəb hobbiləri ortaya çıxarmaq – kitab oxumaq, musiqiyə qulaq asmaq, yürüyüş etmək və s. Mütəxəssislər səhifələri çevirməyə başladıqdan 6 dəqiqə sonra stress səviyyəsinin aşağı düşdüyünü müşahidə etmişlər.
Mütaliə Yoluxucudur.
Övladlarınızın oxu vərdişinə yaxşı mənada təsir etmək istəyirsinizsə, evdə kitab oxumaq üçün stabil və ya sərbəst saatlar təyin edin. Uşaqlar hər zaman valideynləri təqlid etməkdən qürur duyarlar. Ən azından kiçik yaşlarda :) Yaponiyada hələ ilk aylardan etibarən körpələrə kitab qoxladırlar (qoxu yaddaşı, ən güclü yaddaşdır).
Ölkə Səviyyəsində Fayda
Bir fərd>bir ailə>bir cəmiyyət>bir ölkə>sağlam düşüncə sahibi cəmiyyət>təməlləri güclü iqtisadiyyat. Hər bitən kitab, yeni bir kitabın başlanğıcıdır. Müxtəlif janrlar, kitablar, baxış prizmaları, dəstxəttlər, əldə olunan məlumatlar, bilgilər insanın öz düşüncəsində sistemləşir və onun fərdi xarakterini inkişaf etdirir. Şaxəli, rəngarəng bilgi və ip ucları, iş həyatında, məişətdə, adi və işgüzar dialoqlarınızda özünü birmənalı əks etdirir. Bu cür insanların qurduqları hərtərəfli iqtisadiyyat, hüquq sistemi, rəqabətli bazar və müdafiəli maliyyə strukturu heç bir daxili və xarici dalğalanmalardan tam olaraq təsir altına düşməz. Çünki, şaxəli iqtisadiyyat hər hansı bir və ya iki sahənin çöküşü ilə iflic ola bilməz.
Beyin
Elmi araşdırmalar göstərir ki, müntəzəm kitab oxumaq beyində yeni neyron əlaqələri yaradır. Yaranan əlaqələr praqmatik qərarlar və zəkanın uyğun istifadəsinə zəmin yaradır.
Çevrə
Mütəmadi kitab oxucuları daim bir-biri ilə kontaktda olub müxtəlif mövzularda müzakirələr aparırlar. Bu hobbi, onların görüşdükləri zaman birlikdə həyata keçirdikləri məşğuliyyətlərdən tutmuş, etdikləri zarafatlara qədər özündə ehtiva edir. Yeni oxucusunuzsa, müəyyən qədər bazası olan insanlarla əlaqəyə keçin, kimsə sizdən məsləhəti əsirgəməz. Sizdə oxucu çevrənizi formalaşdırın və bu insanlarla ünsiyyət qurmaqdan zövq alın.
Mədəniyyətlər.
Müxtəlif Ölkə və əyalətlərdə yaşamış, yaşamaqda olan yazarların kitablarında mütləq qetd etdikəri yaşam tərzləri ilə tanışıq, sizi xəyalən o torpaqlara, mədəniyyətlərə aparır. Yeni yeləri görmək istəyi olubda imkanı olmayanlar kitablar vasitəsi ilə gəzənlərdən çox gəzə, görənlərdən çox daha aydın görə bilərlər.
P.S. Hər həftənin Cümə günü saytımızda “Həftənin Kitabı” başlığı altında iki kitab təqdim edirik. Onlardan birini seçib oxuya, özünü inkişaf etdirə bilərsiniz.
Fuad VAHABZADƏ | Banco.az