Saxlanılmış qəhvə..

05 Kasım 2014
2 237
0
Saxlanılmış qəhvə..
Saxlanılmış qəhvə..



Günlərin bir günü iki dost kiçik səhər kafesində oturmuşdular.

Kafeyə iki nəfər daxil olur və sifarişlərini edirlər:

- 5 qəhvə, zəhmət olmasa. 3-nü bizim üçün, 2-sini isə saxlayın.

Bir dost təəcüblənərək deyir:

- Saxlanılmış nədir?

Yanındakı ona cavab verir:

-İndi görərsən.

Kafeyə bir neçə müştəri daha gəlir. İki qız 2 fincan qəhvə sifariş etdilər və 2 fincan qəhvə pulunu da ödədilər. Üç hüquqşunas 7 fincan qəhvə sifariş etdilər, lakin 3 fincan qəhvə içərək 7 fincanın da pulunu ödədilər.

Və kafeyə yaşlı bir kişi daxil olur.

Bir az tərəddüd edərək və həyacanlı səslə o, deyir:

- Sizdə saxlanılmış qəhvə var?

Kafenin işçiləri ona pulsuz olaraq bir fincan qəhvə verirlər.

Belə bir xeyriyyəçilik İtaliyada, Neapolda bir kafedə yaranıb.

İnsanlar imkansızların yerinə içiklərə və yeməklərə görə pul ödəyirlər.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.