İçimdəki mən-SON.

07 Kasım 2014
1 951
0
İçimdəki mən-SON.
İçimdəki mən-SON.


İçimdəki mən-SON.
Uşaqlığımdan bəri ən yaxın dostum idi içimdəki mən... Bir şey etməmişdən əvvəl birlikdə düşünərdik. Müzakirə edər, düşünər, dəstəkləyərdi.İçimdəki mən bəzən yanımda oturar baxışları ilə məni süzərdi. Bəzən də qarşımda idi, tək buraxmaq istəsədə buraxa bilməzdi. Yenə gəlir idi yanıma. Gedərkən həmişə onunla danışaram mən. Bəzən elə unudaram ki, ətrafımdakı insanlar mənə baxarlar, öz-özünə danışır deyə.
İçimdəki mən-SON.
Bu gün gördüm səni uzaqdan, tək idim.O an bir səs eşitdim, mən buradayam deyə içimdəki məndən. Uzun uzun danışdı, get, de;
"olmadı, edə bilmirəm" söylə dedi. "Sənsizlikdən yata bilmirəm, bütün gecələrimdə sən varsan, gündüzlərimdə sənsizlik" söylə bunu dedi. "Bir daha sınayaq, bir şans daha ver" dəməyimi istədi içimdəki mən xaricimdəki məndən. İlk dəfə eşitmədim onu, ilk dəfə xeyr olmaz edə bilmərəm dedim. Yaxınlaşa bilmərəm bir daha yanına dedim. Gözlərinin içinə baxa bilməzdim çünki boğulardım Arxandan baxa bilməzdim bir daha gedişinə. Bu ürəyim daha çox daşımazdı səni.
İçimdəki mən-SON.
Səninlə danışmadım deyə,küsdü məndən içimdəki mən. Yanımda deyil artıq, qarşımda da deyil. Ən pisi içimdə deyil içimdəki mən. Buraxıb getdi, məni. Təkliyimə buraxdı, səni düşündüyüm uzun gecələrə buraxdı, sənsizliyə buraxdı, getdi o da sənin kimi. Danışmıram artıq öz özümə. İzah edə bilmirəm səni öz özümə. Sən məni mənə küsdürdün,bütün fikirlərimi,hisslərimi məndən aldın və getdin. İçimdəki mən belə sənə getdi bu gün.Mən isə qaldım burda mənsiz, sənsiz, hər şeysiz. Əvvəl sən, sonra mən tərk etdi məni.
İndi baxıram ən çox sən sevərdin bu isti havanı, sonrada içimdəki mən…
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.