Sağlamlıq resepti: 100 xəstəliyə çarədir

19 Şubat 2019
856
0
Sağlamlıq resepti: 100 xəstəliyə çarədir
Sarımsaq və limon qarışığı ən tanınmış xalq təbabəti reseptlərindən biridir.

Bu qarışığın bir çox faydalı xüsusiyyətləri var:

- damarları möhkəmləndirir, damarları daha elastik edir, damarların partlaması riskini azaldır

- xolesterinin səviyyəsini aşağı salır, ürək-damar sistemi xəstəliklərin riskini azaldır

- immun sistemini möhkəmləndirir

- orqanizmdə iltihabı azaldır

- orqanizmə virus və mikrob əleyhinə təsir edir

- dərinin və saçların vəziyyətini yaxşılaşdırır

- qurdqovucu təsir edir

- orqanizmin tonusunu qaldırır

- orqanizmi cavanlaşdırır.

Limon və sarımsaq qarışığının resepti:

- 2 baş sarımsaq

- 6 limon

Hazırlanması:

1. Sarımsağı təmizləyin və blenderdə əzin.

2. Limonları yaxşı yuyun, 4 hissəyə bölün, tumları çıxardın. Qabıqlı şəkildə blenderdən keçirin və sarımsağın üzərinə töküb yaxşı qarışdırın.

3. Qarışığı təmiz şüşə bankaya tökün, bankanı təmiz pambıq parça ilə bağlayın və 1 həftə ərzində sərin qaranlıq yerdə saxlayın. Kütləni hər gün qarışdırmaq lazımdır.

4. 1 həftədən sonra qarışığı qəbul etmək olar. Axşam yatmazdan qabaq qarışıqdan 1 çay qaşığı götürüb 1 stəkan ilıq təmiz suya əlavə edib için.

Bu qarışığı ildə 2 dəfə (yarım ildən bir) hazırlamaq və 2 həftə ərzində qəbul etmək lazımdır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.