Xanımların daha bir kabusu: qaralmış dirsəklər - Evdə 10 dəqiqəyə ağartma üsulları

Xanımların daha bir kabusu: qaralmış dirsəklər - Evdə 10 dəqiqəyə ağartma üsulları
Adətən dirsək oynaqların üstündə olan digər hissələrə nisbətən quru olur. Buna görə də uzun müddətli təmas zamanı, məsələn stola dirsəklənərkən bu hissə qaralır. Bu kosmetik defekti aradan qaldırmaq üçün bir çox üsullar mövcuddur.

Feat.Az
medicina.az-a istinadən bu üsullardan bir neçəsini təqdim edir:

Dəri 3 qatdan - epidermis, derma və dərialtı piy qatından təşkil olunub. Epidermis özü də 5 qatdan ibarətdir. Ən üst qat - buynuz qatı xarici təsirlərə daha çox məruz qalır. Buynuz təbəqə öz-özünü yeniləyərək yeni toxumalarla təmin olunur. Bəzi hallarda buynuz təbəqənin bölünməsi ləngiyir ki, bu zaman da dəri qaralır, qabarır, girintili-çıxıntılı olur. Dirsəklərin qaralması maddələr mübadiləsinin pozulmasından da xəbər verə bilər. Həmçinin səbəbi qalxanvari vəzin funksiyasının pozulması, A və E vitamini çatışmazlığı və dəriyə kifayət qədər qulluğun olmaması da ola bilər.

Ev şəraitində dirsəkləri ağartmağın bir sıra üsulları var.

1) Kartof. Yatmazdan əvvəl dirsəklərinizi kartof qaynadılmış suda 10 dəqiqə vanna edin. Daha sonra qidalandırıcı krem çəkin.

2) Qaynadılmış kartofu əzin və süd ilə qarışdırın. Qarışımı salfetin üzərin çəkərək dirsəklərinizə kompres edin. Üstdən bintlə bağlayın. Yarım saat saxlayaraq yuyun.

3) Limon. Qaralmış dirsəkləri ağartmaq üçün 1 çay qaşığı limon suyu və 2 x/q su ilə hazırlanmış məhlul ilə silə bilərsiniz.

4) Qaralmış dirsəklərdən azad olmaq üçün yulaf yarmasını isti suda isladın. Dirsəklərə çəkərək polietilenlə bağlayın. 20 dəqiqədən sonra isti su ilə yuyun.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.