Gecə qarnının qurultusundan yata bilməyənlər üçün: bu qidaları yeyin

20 Şubat 2019
921
0
Gecə qarnının qurultusundan yata bilməyənlər üçün: bu qidaları yeyin
Gecə yemək sağlamlıq üçün təhlükə yarada bilər. Amma bəzi qidalar var ki, onları gecə yedikdə belə heç bir narahatlığa səbəb olmur.

Feat.Az
medicina.az-a istinadən həmin qadaları sizə təqdim edir:

Pendir

Elm adamları gecə ac yatmağın həddən artıq çox yemək qədər zərəli olduğunu bildirirlər. Buna görə də gecə insanı narahat etməyəcək qidalardan istifadə etmək olar. Məsələn, həzmi çətin olmayan bir pendir növü seçə bilərsiniz.

Qatıq

Diyetoloqlara görə, qatıq süzməsi gecə yemək üçün ideal bir qidadır. Tərkibində yağ azdır, amma bol miqdarda zülal var. Zülal həm də gecə boyu orqanizmin kalori yandırmasına səbəb olacaq.

Yumurta

Qaynadılmış yumurta gecə yeyilə bilər. Bu qida həm də səhərə qədər sizi tox tutacaq.

Partlamış qarğıdalı

Diyetoloqlar gecə yemək yeməyi sevənlərə duzsuz qarğıdalı yeməyi məsləhət görürlər.

Kraker

Tam taxıllı krakerlər yuxuya mane olmur. Lakin bu qidadan çox miqdarda istifadə etmək məsləhət deyil. Tərkibində olan karbohidrat sayəsində bir müddət tox qalacaqsınız.

Banan

Bu meyvə çox sürətlə həzm olunmasına baxmayaraq insanı tox saxlayır. Onun tərkibində olan kalium və maqnezium yuxunun keyfiyyətini artırır.

Bir stəkan albalı şirəsi

Gecə təbii albalı şirəsi içsəniz daha dərin və rahat yatacaqsınız.

Tərəvəzlər

Gecə nə isə yemək istəsəniz, onda ən yaxşı seçim tərəvəz ola bilər. Yaxşı olardı ki, yaşıl tərəvəzlərdən istifadə edəsiniz. Çünki onların tərkibində insanı tox tutan lif mövcuddur.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.