Bəlğəmdən qurtulmaq üçün 5 VASİTƏ - Hamının mətbəxində var

14 Şubat 2022
1 768
0
Bəlğəmdən qurtulmaq üçün 5 VASİTƏ - Hamının mətbəxində var
Selik burunda ifraz olunan və müdafiə funksiyası yerinə yetirən yapışqan maddədir. Seliyin əsas funksiyası burun boşluğuna düşən tozu, allergenləri tutaraq saxlamasıdır. Amma lor orqanlarının iltihablaşması nəticəsində həddən artıq selik ifraz olunmağa başlanır ki, bu da öskürəyə və rinitə səbəb olur.

Təbii vasitələrlə nazal iltihabı aradan aradan qaldırmaq mümkündür.

Feat.Az
medicina.az-a istinadən həmin vasitələri və onların faydalarını açıqlayır:

1. Sarıkök

Sarıkökün tərkibində olan kurkumin maddəsi bakteriyaları məhv edərək seliyi təmizləyir və immuniteti artırır.

1 çay qaşığı sarıkökü, yarım çay qaşığı duzu 1 stəkan isti suya tökün və yaxşıca qarışdırın. Gündə 3 dəfə bu qarışımla boğazınızı qarqara etsəniz sinə bəlğəmindən və boğaz infeksiyasından qurtula bilərsiniz.

2. Bal və limon

Bal və limon qarışığı güclü bakteriyaəleyhinə və göbələkəleyhinə xüsusiyyətə malikdir. Bu məhsullar immun sistemi gücləndirir və iltihabın qarşısını alır.

1 x/q təbii balı 2 x/q limon şirəsi ilə qarışdırın və gündə 3 dəfə yeməkdən sonra qəbul edin.

3. Duzlu su

Boğaz ağrısını azaltmaq və bəlğəmi aradan qaldırmaq üçün gün ərzində 2 dəfə isti duzlu sudan istifadə edin.

1 fincan təmiz suya yarım çay qaşığı duz əlavə edərək qarışdırın.

Qarışımı udmadan qarqara edin.

4. Buxarla nəfəs almaq

Buxarla nəfəs almaq ciyərlərdə olan bəlğəmi yumşaldır və onun xaric olmasına şərait yaradır.

Kiçik bir qazanda qaynayan suya yarım çay qaşığı cirə və rozmarin əlavə edərək qazı söndürün. Başınızı dəsmalla örtərək buxarla nəfəs alın. Bunu gündə bir neçə dəfə tətbiq edin.

Həmçinin gündə 2 dəfə isti vanna qəbul etməlisiniz. Effekti artırmaq üçün suya müxtəlif bitkilərin efir yağlarını əlavə edə bilərsiniz.

5. Zəncəfil

Zəncəfil güclü bəlğəmgətirici hesab edilir. Buna görə də gün boyunca zəncəfil çayı içə və həmçinin kökünü yeyə bilərsiniz.

Çayı hazırlamaq üçün qazana 6 dilim zəncəfil və 1 ç/q istiot əlavə edib 5 dəqiqə orta odda qaynadın. Soyuduqdan sonra 1 ç/q bal əlavə edin.

Gün boyu bu çayı içərək bəlğəmdən tez bir zamanda azad olmaqla yanaşı, həm də immunitetinizi də artırmış olacaqsınız.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.