Depressiyadan necə qurtulmaq olar? - Alimlərdən açıqlama

12 Şubat 2022
1 693
0
Depressiyadan necə qurtulmaq olar? - Alimlərdən açıqlama
Britaniyalı alimlər "Psychosomatic Medicine" jurnalında depressiyadan qurtulmağın yollarına aid elmi məqalə dərc ediblər.

Feat.Az
ölkə.az-a istinadən bildirir ki, sağlam pəhriz tətbiq edən insanlar pis əhval-ruhiyyədən və xroniki depressiyadan yağlı və zərərli qida qəbul edən insanlara nisbətən daha tez qurtulurlar.

Londondakı Kral Kollecinin alimi Brendon Stabbs məsələ ilə bağlı deyib:
"Növbəti dəfə sübut etdik ki, həyat tərzini dəyişmək insanlara pis əhval-ruhiyyə və depressiya ilə mübarizə aparmağa kömək edir. Bizim analizlərə əsasən, pasient təkcə pəhrizi dəyişmək yox, eyni zamanda idmana da başlayırsa, daha güclü effekt əldə edə bilir".

Xroniki depressiya ən geniş yayılmış və mürəkkəb psixi pozğunluq sayılır. Bir qayda olaraq, xroniki depressiyanın yaranması həyata marağın itməsi, özgüvənin azalması, apatiya və digər neqativ effektlərlə müşayət olunur.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.