Ən yaxşı tonuslandırıcı vasitələrdən biri

20 Mayıs 2019
1 040
0
Ən yaxşı tonuslandırıcı vasitələrdən biri
Alça yay pəhrizlərində əvəzedilməzdir, 100 qram alçada təxminən 45 kalori var. Antioksidant komponentləri ilə bədəni qoruyan və yüksək miqdarda C vitamini ehtiva edən alça xəstəliklərə qarşı müqaviməti artırır. Alça, eyni zamanda, A və K vitaminləri ilə zəngindir. Onun digər bir mühüm faydası isə ərzaqlardan alınan dəmir mineralının bədən tərəfindən mənimsənilməsini artıraraq dəmir çatışmazlığına qarşı qorumanı təmin etməsidir. Çox vaxt ona dad vermək üçün duzla yeyirlər. Lakin duzdan istifadə etməyin müəyyən zərərli təsirləri var, çünki bədəndə ödem yaradır və kökəlməyə səbəb olur.

Feat.Az xəbər verir ki, Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasının həkim-diyetoloqu Leyla Zülfüqarlı AZƏRTAC-a bildirib ki, mövsüm zamanı hər gün 10-15 ədəd alça yemək olar. Təzyiq problemi olanlar və qastrit, yəni mədəsində turşuluqdan şikayətlənənlərin ondan çox istifadə etməməsi məsləhətdir.



Alçanın xeyli faydalı xüsusiyyətləri var. Təbiətdə yabanı halda bitən alçadan xalq təbabətində geniş istifadə olunur. Qədim zamanlardan bəri alça ən əhəmiyyətli tonuslandırıcı vasitə hesab edilir. Ondan hazırlanan lavaş müalicəvi əhəmiyyətə malikdir. Alça qaraciyər, ürək, böyrək xəstəlikləri, revmatizm, həzm sistemindəki narahatlıq zamanı çox yaxşı təsir göstərir. Yetişmiş alça isə güclü öskürək və vərəm xəstəliyinin profilaktikası və müalicəsində mühüm əhəmiyyətə malikdir. Boğaz ağrıları zamanı da ondan istifadə etməyin faydası çoxdur.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.