Uzun iş günü sağlamlıq üçün çox təhlükəlidir - Alimlərdən xəbərdarlıq

21 Ekim 2021
697
0
Uzun iş günü sağlamlıq üçün çox təhlükəlidir - Alimlərdən xəbərdarlıq
Fransanın Anje universitetinin alimlərinin yeni təcrübəsi sübut edib ki, sutkada 10 saatdan çox işləyən insanlarda insult riski artır.

Feat.Az
bildirir ki, bu barədə "MedicalXpress" məlumat yayıb.

Mütəxəssislər 143 min 592 insanın iştirak etdiyi genişmiqyaslı tədqiqatın nəticələrini incələyiblər. Təcrübədə iştirak edən insanların yaşı 18-69 arasında dəyişir. Bununla yanaşı, könüllülərin cinsi, siqaret çəkib-çəkməməsi və iş gününün saatı nəzərə alıb. Alimlər uzun iş gününün insanın (10 saatdan çox iş günü) sağlamlığına təsirini müşahidə ediblər. Yarım iş günü işləyənlər və təcrübəyə qədər insult keçirən şəxslərin məlumatları kənarlaşdırılıb.

1224 nəfərdə beyinin qan dövranının ciddi zədələndiyi üzə çıxıb. 42.542 nəfər 10 saatdan çox işləyib. 14.481 nəfər isə 10 ildən çoxdur ki, uzun iş günü çalışır. Məlum olub ki, həddən artıq işləyənlərdə insult riski 29 faiz artıb. 10 ildən çox belə rejimdə işləyənlərdə isə insult riski 45 faiz artıb.
Mənbə:olke.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.