Kişiləri jest və mimikalarından tanı
Əgər siz bir kişinin diqqətini çəkə bilmisinizsə, o zaman onun əllərini yellədiyini də fikir vermisiniz yəqinki. Belə jestlər adətən istiqanlı, xoşxasiyyət insanlara məxsus olur.Onlar öz müsbət duyğularını gizliyə bilmədikləri üçün belə hərəkətlərnən özlərini ələ verirlər.
Əgər saçlarını sığallayırsa bu özünü sizə sevdirmək istədiyindən xəbər verir.Bəzi hallarda o başını biraz önə əyərək sanki saçlarını darayırmış kimi barmaqlarını saçlarının arasına salır.Ayaqlarını geniş açırsa bu onun özünə inamlı bir kişi olduğunu göstərir. Onlar istənilən qadının özlərinə heç bir şəkildə yox demiyəcəklərinə çox əmindirlər.Əgər üzünü tumarlayırsa bu onun sizə qarşı olan ciddiyətindən xəbər verir.Sizə diqqətlə qulaq asır və sonsuza qədər dinləmək istədiyini işarə edir.Əlini sizə uzatma jesti isə sizə daha yaxın olmaq cəhdini göstərir.Bildiyiniz kimi, kişilərin hər zaman zehnindən keçənləri bilmək olmur. Əgər onların jest və mimikalarının anlamını dəqiqləşdirə bilsəniz, bu zaman kişilərin gizli düşüncələrinə agah olacaqsanız.