Saqqız Udsam Nə olar?
İngilis Daily Mail qəzeti, hər bir insanın uşaqlıq dövründə tez-tez soruşduğu ancaq çox vaxt cavabsız qalan məşhur sualı həkimlərdən soruşub: “Saqqız udsam nə olar?”
Uşaqlıqda bu suala ümumiyyətlə, saqqızın bağırsaq divarına yapışıb orada illərlə həzm edilmədən qaldığı və.s bu kimi əfsanəvi cavablar verilirdi.
Hətta bunu şişirdib saqqızın. ürəyin ətrafına sarıldığını söyləyənlər də olub. Bəs, əslində, saqqız udularsa nə olar? Bədənimizdə nə kimi dəyişikliklər baş verər?
Mütəxəssislərə görə, saqqızın həzm edilməsi xeyli güclü bir maddə olduğundan mədədən çox vaxt həzm olunmadan keçir. Eyni şəkildə bağırsaqlardakı uzun yolu da heç həzm edilmədən yəni həll olunmadan keçən saqqız eynilə gəldiyi kimi bədəndən çıxır və son dayanacağı isə olan kanalizasiya olur.
Lakin saqqıza vurulan süni qatqılar, rənglər uşaq orqanizminə zərərlidir. Ağız boşluğundan qana sorulma prossesinə kimi orqanizm üçün təhlükə yaradır. Uşaqlara saqqız əvəzinə arı mumunu saqqız kimi çeynəməyi vərdiş etdirmək məsləhətdir.
Beləcə həm uşağınıza saqqız almış olarsınız, həm də uşağın orqanizmini süni maddələrdən qorumuş olarsınız.