Xoşbəxtlik səndə deyil, Bakı..!

12 Kasım 2014
1 448
0
Xoşbəxtlik səndə deyil, Bakı..!

Sənə nifrət edirəm, Bakı. Hislərin saxta, sevgilərin saxta, hər döngən saxta. Allah insanı yalnız Bakıda unuda bilər. Gedeee Bakı, get. Yaxşı nə gördüm ki, səndə? Qız görəndə ağzı sulanan biqeyrətlərin söyüşləri qədər alçaltdın hislərimi...Yoxee Bakı, yox, xoşbəxtlik səndə deyil Bakı, xoşbəxtlik səndə deyil. Nə qədər adisənmiş, Bakı? Nə qədər acizsənmiş...Binalarına bənzəyir insanların da...Məhv etdin məni, Bakı. Çürük beyinlər saxtalaşdırdı hislərimi, arzularımı. Hər döngəndə özümü tapmaq ümidi ilə yenidən başladım, bükmədim dizlərimi. Amma olmadıye Bakı, olmadı. Çürük ürəklər şəhəri düzələ bilmədi. Xoşbəxtlik hardasa səndən kənarda, çox çox uzaqda, başqa bir yerdədir. Sıxırsan məni. Hər küçəndə boğuluram. Tüpürürəm hər şeyə, bezirəm. Hamıyla eyni yolda gəbərmək istəyirəm.

4 fəsili də qış şəhər... Özün soyuq, insanların soyuq. Xəzərin də qəmgindi. O da bezib səndən, hirsindən udur insanları. Hər döngənə tüpürdüm. Hər dəfə yenidən cəhd göstərdim. Alınmadı ki... Havan da boğur məni. Düzdü, nəfəs alıram. Amma nəfəs almaq yaşamaq demək deyil ki, Bakı.

Dillən də Bakı, dillən. İçimdəki üsyana cavab ver. İnsanlığa edilən ən böyük xəyanətdir Bakı. Bakı heçliyin fəlsəfəsidir... Hamı MƏN mərkəzli həyat sürür. MƏN,MƏN,MƏN. Bəs MƏN necə xoşbəxt olum, Bakı?! Hə?! İnsanlara mənim kədərim,qəmim, dərdim lazım deyil. Belə də olmalıdı.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.