Dərin yuxunun faydası açıqlandı

28 Aralık 2019
592
0
Dərin yuxunun faydası açıqlandı
Yuxu rejiminin pozulması "Alzheimer" xəstəliyinin inkişafına səbəb ola bilər.

Feat.Az
bildirir ki, bir qrup alimin apardığı bu araşdırmanın nəticəsi "Science" jurnalında yerləşdirilib.

Alimlərin verdiyi məlumata görə, dərin yuxu insan üçün faydalıdır, belə ki, bu müddət ərzində onurğa beyni mayesi hər 20 saniyədən bir beyini yuyur.

Alimlərin paltaryuyan maşının işi ilə müqayisə etdikləri məhz bu proses, demensiyaya (ağılın zəifləməsi, əvvəllər qazanılmış bilik və vərdişlərin, həyat keyfiyyətlərinin bu və ya digər dərəcədə itirilməsi - red.) cavabdeh olan beta-amiloid zülallarını beyindən yuyub çıxarır.

"Alzheimer" xəstəliyi yaddaş, koqnitiv bacarıqlar və özünəxidmət bacarıqlarının itməyi ilə xarakterizə olunur. Statistikaya görə, 85 yaşına çatmış insanların təxminən üçdə biri bu xəstəlikdən əziyyət çəkə bilər.
Mənbə:oxu.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.