Nəzakət Qaydalarına Riayət Edirsinizmi? – PSİXOLOJİ TEST

10 Ağustos 2022
2 026
0
Nəzakət Qaydalarına Riayət Edirsinizmi? – PSİXOLOJİ TEST
1. Səhər məktəbə gedəndə müəllimlərimə və sinif yoldaşlarıma…

a) Həmişə “Sabahınız xeyir!” deyirəm.

b) Həmişə olmasa da, bəzən “Sabahınız xeyir!” deyirəm.

c) Heç vaxt “Sabahınız xeyir!” demirəm.



2. Yemək yedikdən sonra anama…

a) Həmişə təşəkkür edirəm.

b) Həmişə olmasa da, bəzən təşəkkür edirəm.

c) Heç vaxt təşəkkür etmirəm.



3. Bir nəfər məni bir şeyə qonaq edəndə…

a) Həmişə “Çox sağ ol!” deyirəm.

b) Həmişə olmasa da, bəzən “Çox sağ ol!” deyirəm.

c) Heç vaxt “Çox sağ ol!” demirəm.



4. Avtobuslarda, metrolarda və s… yaşlılara…

a) Həmişə yer verirəm.

b) Həmişə olmasa da, bəzən yer verirəm.

c) Heç vaxt yer vermirəm.



5. Evimizə gələn qonaqlara…

a) Həmişə “Xoş gəlmisiniz!” deyirəm.

b) Həmişə olmasa da, bəzən “Xoş gəlmisiniz!” deyirəm.

c) Heç vaxt “Xoş gəlmisiniz!” demirəm.



6. Bayramlarda, ad günlərində və s… sinif yoldaşlarımı…

a) Həmişə təbrik edirəm.

b) Həmişə olmasa da, bəzən təbrik edirəm.

c) Heç vaxt təbrik etmirəm.



7. Başqası danışanda…

a) Həmişə sözünün qurtarmasını gözləyirəm.

b) Həmişə olmasa da, bəzən sözünün qurtarmasını gözləyirəm.

c) Heç vaxt sözünün qurtarmasını gözləmirəm.



8. Bir insanın ürəyini sındıranda…

a) Həmişə üzr istəyirəm.

b) Həmişə olmasa da, bəzən üzr istəyirəm.

c) Heç vaxt üzr istəmirəm.



9. Təyin etdiyim bir görüşə…

a) Həmişə vaxtında gedirəm.

b) Həmişə olmasa da, bəzən vaxtında gedirəm.

c) Heç vaxt vaxtında getmirəm.



Və nəticə…



“a” bəndi çoxluq təşkil edənlər:

Verdiyiniz cavablardan nəzakət qaydalarına həmişə (və hər yerdə) riayət edən bir şagird olduğunuzu görmək olar. Buna görə də, sizə həm böyük təsəkkürlər, həm də böyük uğurlar…



“b” bəndi çoxluq təşkil edənlər:

Verdiyiniz cavablardan da görünür ki, nəzakət qaydalarını öyrənməkdə heç bir problem yaşamasanız da, riayət etməkdə bəzi problemlər yaşayırsınız. Nəzakət qaydaları bəzən riayət etməli olduğumuz, ya da bəzən riayət etməli olmadığımız davranışlar deyil. Əksinə, nəzakət qaydaları həmişə riayət etməli olduğumuz davranışlardır. Əgər ətrafınızdakı insanların sizə qarşı nəzakətli olmasını istəyirsinizsə, siz də ətrafınızdakı insanlara qarşı nəzakətli olmalısınız. Nəzakət qaydalarına həyatınızın hər mərhələsində riayət etmək diləyi ilə…



“c” bəndi çoxluq təşkil edənlər:


Əslində, nəzakət qaydalarına riayət etmək bir zəiflik əlaməti deyil. Əksinə, nəzakət qaydalarına riayət etmək bir güclülük əlamətidir. İnsanlar çox böyük uğurlara nail ola bilərlər, ya da insanlar çox böyük var-dövlətlər əldə edə bilərlər. Ancaq əgər ətraflarındakılarla nəzakət qaydaları çərçivəsində hərəkət etmirlərsə, sahib olduqları bütün bu şeylərin heç bir əhəmiyyəti yoxdur.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.