Maraqlı bir hekayə

15 Kasım 2014
1 647
0
Maraqlı bir hekayə
Maraqlı bir hekayə



Soyuq bir dekabr sabahı, bir nəfər Washington Kolombiya bölgəsində bir metro stansiyasında, skripkada 45 dəqiqə ərzində Bax`ın (alman bəstəkarı) 6 əsərini çalır. Bu vaxt ərzində işə gecikmə təlaşında olan təxminən min nəfər skripkaçının qabağından keçib gedir.
Skripkaçı çalmağa başladıqdan ancaq 3 dəqiqə sonra; İlk dəfə orta yaşlı bir nəfər musiqiçinin fərqinə varır, addımlarını yavaşıdır və bir neçə saniyə sonra getməyə məcbur olduğunu xatırlayaraq yenə sürətlə yoluna davam edir.
Skripkaçı 1 dollar qazancını bundan bir dəqiqə sonra alır...
Bir qadın addımlarına ara verməyərək pulu musiqiçinin qabağındakı qutuya ataraq yoluna davam edib, keçib gedir. Bir neçə dəqiqə sonra bir başqa adam ayaq saxlayıb biraz əyilərərək möcüzəli musiqini dinləməyə başlayır amma gözaltı saatına baxıb işə gecikməmək üçün tələsdiyini bildirən ifadələrlə yoluna davam edir...
Ən çox diqqətlə durub qulaq asan isə 3 yaşında bir uşaq olur...
Anasının onu dartışdırmasına baxmayaraq, uşaq qabağında dayandığı skripkaçıya diqqətlə baxır... Sonra anasının daha sürətli dartışdırması ilə uşaq arxaya dönüb musiqiçiyə çarəsizcəsinə baxaraq məcburən anasının arxasınca gedir..!
Buna bənzər şəkildə bir neçə uşaq da olur və hamısı valideynləri tərəfindən yeriməyə məcbur edildiyindən oradan uzaqlaşırlar...
İfa etdiyi 45 dəqiqə müddətində skripkaçının önündə sadəcə altı nəfər çox qısa müddət dayanır. Iyirmi nəfər dayanmadan keçərərk qabağına pul qoyur... Musiqiçi çaldığı vaxt ərzində 32 dollar toplayır..
İfasını bitirəndə isə sakitlik hakim olur və heç kim onun artıq çalmadığının fərqində olmur, alqışlamır...
Heç kim onun dünyanın ən yaxşı skripkaçısı; Joshua Bell olduğunu və əlindəki 3milyon dollarlıq skripka ilə ən çətin əsərləri ifa etdiyini anlamır.
Halbuki Joshua Bellin metrodakı bu mini konsertindən iki gün əvvəl Bostonda verdiyi konsert biletləri təxminən 100 dollara satılmışdı
Bu həqiqi bir hekayədir. Və Joshua Bellin belə bir qiyafədə metroda skripka çalması, Washington post qəzeti tərəfindən insanlarda dərk etmə, həzz alma və öncəliklər (birincilik) mövzuları üzərində aparılan bir təcrübə idi..təcrübənin məqsədləri: Adi bir yerdə, uyğun olmayan bir zamanda gözəlliyi dərk edə bilirikmi? Dayanıb ondan həzz ala bilirikmi.? Gözlənilməyən bir mühitdə bir istedadı tanıya bilirikmi?
Burdan çıxracağımız nəticə isə: Dünyanın ən yaxşı musiqiçisi, dünyadaki ən yaxşı musiqini ifa edərkən, önündə durub dinləyəcək bir dəqiqəmiz belə yoxdursa, kim bilir başqa nələri itiririk həyatda...
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.