Məşhur dietoloq ən təhlükəli şirniyyatları AÇIQLADI

09 Mart 2020
652
0
Məşhur dietoloq ən təhlükəli şirniyyatları AÇIQLADI
Şirniyyatın tərkibi nə qədər mürəkkəb olsa, orqanizm üçün bir o qədər təhlükəlidir.

Feat.Az
xəbər verir ki, bu barədə dietoloq, tibb elmləri namizədi Lyudmila Zotova məlumat verib.

Bu baxımdan ən təhlükəsizi "monotərkibli" məhsullardır. Məsələn, şokolad, mürəbbə və ya bal. Mütəxəssisin sözlərinə görə, onlar onlarla maddədən ibarət olan desertdən daha zərərsizdir. Marmelad, zefir, tünd şokolada diqqət etməlisiniz.

Ən zərərlilərinə qızardılmış şirniyyatları daxil etmək olar. Çək-çək (buğda unundan hazırlanmış yumşaq xəmirdən və çiy yumurtadan hazırlanır) və digər bu kimi şirniyyatlara çox miqdarda sadə şəkər və yağlar daxildir.

İkinci yerdə ləzzətli maya xəmiri gəlir. Üçüncü yerdə şokolad batonları və qaymaqlı tortlardır.

"Mikrobiologiya baxımından bütün zülallar və südlü çərəzlər təhlükəlidir" , - deyə dietoloq bildirib.

Şirniyyat seçərkən onların tərkibinə və görünüşünə diqqət yetirməyə dəyər. Məhsulun parlaq rəngi varsa, çox güman ki, zərərli boyaq maddələri istifadə edilib.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.