KINAYƏLI GÜLÜŞ

18 Kasım 2014
2 561
0
KINAYƏLI GÜLÜŞ
KINAYƏLI GÜLÜŞ


Deyirsən-"gəl susma,bir cavab söylə",
Susmağın özü bir cavab deyilmi?
Danışmaq "gümüşsə",susmaq "qızıldır!"
Günahdan qaçmaq da savab deyilmi?

Sənin sualların durub qəsdinə,
Hənirti duymurdum tər nəfəsində.
Sən sual edirdin sual üstünə,
Mən isə gülürdüm hər dəfəsində.


Mənim susqunluğum acizlik deyil!
Biri "od" olanda,biri "su" olar!
Çətin sualların cavabı varsa,
Cavabsız qalarmı "adi"suallar?

Elə üzgün-üzgün baxma üzümə,
Axı nə dedim ki,xətrinə dəydi?
Sənin sualının düzgün cavabı,
Mənim "kinayəli"gülüşümdəydi!


Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.