LətifəLər

20 Kasım 2014
17 551
0
LətifəLər
Qadın rəfiqəsinə:

-Mənim sevgidə bəxtim gətirmir də!

-Niyə?

-Biri ilə tanış olanda ya görürsən o evli olur,ya da mən ərdə oluram.

***

İki rəfiqə söhbət edir:

-Bir falçı mənə deyib ki,gözəl sarışın bir oğlanla tanış olacam.Mən də bilmirəm neyniyim?!

-Nə gözəl.Bu ki yaxşı xəbərdi.

-Hə, amma o mənə demədi öz ərimi neyləyim.

***

Uşaq anasına:

-Ana,atamın başında niyə tük azdı?

-Çünki o çox fikirləşir,ağlı çoxdu.

-Bəs sənin başında niyə tük çoxdu?

-Sən get dərslərivi oxu.Axmaq!

***

Uşaq anası ilə yol gedir.yol boyu uşaq dondurma istəyir,anası isə almır.Uşaq biraz qabaqda lyuku görür,ağlına anasını ora salmaq fikri ağlına gəlir.Bu yolla dondurma alacağını düşünür.Lyuka çatanda uşaq:

-Ana göydə əjdahaya bax!

Ana addımını geniş açıb lyukun üstündən keçdikdə uşaq pərt olur.Bu zaman arxadan şappıltı eşidilir.Çönüb görürlər ki,bir qoca kişi lyukun içindən çıxır:
-Axmaq oğlu axmaq!Göydə də əjdaha olar?!

1.Çukça özünə kamaz alır...
Bir müddətdən sonra ondan soruşurlar:
- Maşının necədi?
- Hər şeyi yaxşıdır, içi istidir, faraları elə işıq saçır ki, bütün tundra səhər kimi görünür...amma bir şey var...
-Nə?
-İtlər tez yorulurlar.

2. Cim və Meri dəlixanadakı dəlilərdəndir. Bir gün dəlixanada hovuzunun ətrafında gəzərkən Cim oppanıb hovuzun dibinə batır. Mari bunu görən kimi tullanıb Cimi xilas edir. Marinin bu qəhrəmanlığı bütün dəlixanaya yayılır. Dəlixana müdiri Marinin ağıllandığı bilir və onu yanına çağırtdırıb azad etmək üçün əmr verməyə hazırlaşır. Mari baş həkimin otağına daxil olur. Baş həkim:
- Mari, sənə bir yaxşı və bir pis xəbərim var.Yaxşı xəbərim odur ki, səni azadlığa buraxacayıq. Pis xəbərim ondan ibarətdir ki, sən Cimi qurtardıqdan sonra o özünü hamamda asıb.
- O özünü asmayıb. Sudan çıxarıb mən asmışam ki, qurusun.

3. Özünü siçan hesab edən bir dəli bir neçə ildən sonra ağıllanır və dəlixanadan çıxmaq vaxtı gəlir. Baş həkim onu çağırıb yoxlayır:
- De görüm, sən insansan yoxsa siçan?
- Həkim, o günlər keçdi. Artıq ağıllanmışam.
Həkim sənədlərini yazır, bunu buraxır. Bir azdan həkimlərdən biri gəlir:
- Həmin adam yenə siçan kimi kolların dalında gizlənib.
Həkim çağırtdırır onu. Sorğu-sualdan sonra xəstə deyir:
- Həkim mən ağıllanmağına ağıllanmışam, amma çöldəki pişik hardan bilsin ki,mən ağıllanmışam
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.