Gözlərəm

22 Kasım 2014
1 977
0
Gözlərəm
Gözlərəm
oxluğunun ilk günü... Niyə bu qədər qəmlidir ki içim ? Mən ilk dəfə ayrı qalmıram ki səndən. Amma artıq aramızda elə bir bağ meydana gəldi ki qopub gedə bilmirəm səndən. Bu şəhəri geridə buraxarkən həmişə bir hüzn, həmişə bir həsrət, həmişə bir qəmginlik... Halbuki mən nə istəyərdim bilirsənmi ? Geridə buraxdığım şəhərləri səninlə geridə buraxa bilmək, həmişə sənin yanında ola bilmək, səni sənsiz yaşamaq yerinə, səni səninlə birlikdə yaşaya bilmək.

Sənsiz keçirdiyim o beş ay içində sən nə qədər bilməsəndə mənimlə idin, ürəyimin bir küncündə deyil, ürəyimin tam orta yerində idin və ürəyimin baş tacı idin. Ya ağlayaraq çıxartdım səni içimdən, ya da atdığım ən böyük o qəmli,dadı olmayan qəhqəhəmlə...



İçimdə daşıdığım o kiçik ümid qırıntısı, necə yedi bitirdi məni bilə bilməzsən.Dözə bilmədiyim zamanlarda oldu. Amma yaşayıramsa və hələ davam edirəmsə qaldığım yəni buraxdığın yerdən yenə o ümid qırıntısı sayəsində idi. Bir o qədər də minnətdardım mən ona. İndi baxıram gəldiyimiz nöqtəyə, həyat yenə sınayır bizi. Bir-birimizdən ayrı, daha nə qədər davam edəcəyik bir-birimizi sevməyə deyə. Bəlkə də bir tərəfdən dərslər verir bizə, biz fərqində olmadan. Sənin mənsiz olaraq, mənim sənsiz olaraq keçirəcəyimiz 132 gecə var önümüzdə. Təmbəllik etməyib saydım indi tək-tək...


Çətin olan səni gözləmək deyil sevgilim, çətin olan sənin üçün darıxmaq, səni darıxa darıxa gözləmək. Nə etdiyini, harada olduğunu, nə halda olduğunu, hələ çayı üç şəkərli içib içmədiyini bilmədən, yəni səni səndən xəbərsiz halda gözləmək. Çətin olan budur sevgilim bu.
İndi yaşanacaq bir də bahar var sənsiz. Ah onu heç soruşma. Hər şey bu qədər eşq və sevgi iyi verərkən, sənsiz olmaq çox çətin olacaq sevgilim.Yadındami son görüşməmizdə sənə doyana qədər sarılacağam demişdim. Sarılmışdım da.Nə qədər axmaqmışam onun mənə çatacağını sanarkən çatmayacaqmış sevgilim sənə doya bilməyəcəkmişəm mən.



Sənə hər vaxt sarılmaq istəyəcəkmişəm halbuki elə içdən, elə eşqlə...
Sən indi özünə çox yaxşı bax yoxluğumda. Yoxluğum ağrıtmazsa da gəlmə əsla. Bilərsən eləsi məni daha çox ağrıdar sevgilim. Özünə çox yaxşı bax sevgilim mən yenə tərk edirəm şəhərimizi. Vidalaşdığımız kimi qalsın hər şey, hər şey o qədər saf, hər şey o qədər gerçək, hər şey o qədər içdən və hər şey o qədər eşq dolu qalsın. Səni sevirəm sevgilim. Və son birkəs daha söyləyirəm özünə çox amma çox yaxşı bax olarmı ?
Dualarim həmişə səninlə
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.