Ən gözəl müalicə üsulu
Bir sözlə musiqinin canlılara təsiri dəfələrlə sübut olunmuşdur.
Araşdırmalar nəticəsində musiqi dinləyən inəklərin çox süd verdiyi,musiqi çalınan istixanalarda birkilərin daha canlı inkişaf etdiyi dəfələrlə bunu təsdiq eləmişdir.Hətta ana bətnindəki körpənin belə musiqiyə reaksiya verdiyinin mütəxəssislər dəfələrlə şahidi olmuşlar.
Amerika McGill Universitetinin nevroloqu Anne Blood musiqinin insan beynində fərqli mərkəzləri çalışdırdığını,nevrotik və ruhi xəstəlikdən əziyyət çəkən beyin hissələrinin musiqiə qulaq asdığı zaman fərqli reaksiya verdiyiniyini qeyd etmişdir.O,öz qeydlərində musiqinin mərkəzi sinir sisteminə,beyin qabığına,insanın düşünmə tərzinə,elmə ölan həvəsinə,danışıq qabiliyyətinə təsir etdiyini yazmışdır.Aparılan araşdırmalar musiqinin aşağıdakı xəstəliklər zamanı insan sağlamlığına yaxşı təsir etdiyini təsdiqləmişdir.
Musiqi
* iflic xəstələrinə yeriməkdə köməklik edir
* Alsheymer xəstələrinə danışa bilməkdə kömək edir
* Əməliyyatdan əvvəl musiqiyə qulaq asmaq narkoza az ehtiyac duyulmasına səbəb olur.
* Epilepsiya xəstələrinə Motsartın musiqisini dinlətmək tutmaların müddətinin azalmasına səbəb olur.
* Əməliyyatdan sonra musiqiyə qulaq asmaq ağrıların azalmasına səbəb olur.
* Əməliyyat edən həkimlər musiqiyə qulaq asdıqda yorulmadıqlarını deyirlər.
* 20 dəqiqə musiqi dinləmək sinir sistemini sakitləşdirir.
* Hiperaktiv uşaqlar musiqiyə qulaq asarkən sakitləşirlər.
* Vyanada Meidlinq Reabilitasiya Mərkəzindəki komalı xəstələri musiqi ilə müalicə etmək istəmişlər.Xəstələrin bir-neçəsi muğamata qulaq asaraq komadan ayılmışlar.
* Ritmik musiqini insana güc və qüvvət verdiyi,ürək döyüntülərini artırdığı dəfələrlə öz sübutunu tapmışdır.
Siz də sağlığınıza sağlıq qatmaq istəyirsinizsə gözəl bir musiqiyə qulaq asın.