Desəydin....
"Sən mənimsən” deyil də, "Mən sənə aidəm” desəydin,
başqa yerlərdə olsan da varlığını hiss edə bilərdim bəlkə...
Söyləmədin ki...
Desəydin....
"Sənin üçün hər çətinliklərlə savaşaram” deyil də, "Səndən gələn heç bir şey çətin deyil” desəydin,
inanardım ürəyinin sadəcə mənə aid olduğuna...
Söyləmədin ki...
Desəydin....
"Sən olmadan yaşaya bilmərəm” deyil də, "Sənsizlik deyə bir şey yox, sən var olmasan da mənimləsən” desəydin,
inanardım sevginin sonsuzluğuna...
Söyləmədin ki...
Desəydin....
"Sən mənim yuxumsan” deyil də, "Gerçəkləşən röyamsan” desəydin,
uzaqda da olsam, yaşadardım bu gerçəyi səndə...
Söyləmədin ki...
Desəydin....
"Sən mənim ruh ekizimsən” deyil də, "Sən əslində Mənsən” desəydin,
yoxluğunda da davam etdirərdim sən olmağı...
Söyləmədin ki...
Desəydin....
"Səni sevirəm” deyil də, "Səni həmişə sevəcəyəm” desəydin,
yalan da olsa sevgin, inanardım mənə bir gün dönəcəyinə...
Söyləmədin ki...
Desəydin....
"Sənsiz çox darıxıram” deyil də, "Sənsiz darıxmaq belə gözəldir” desəydin,
ayrı da olsaq, inanardım məni ürəyində hər dəm yaşatdığına...
Söyləmədin ki...
Desəydin....
"Sən mənim üçün çox dəyərlisən” deyil də, "Dəyərli olan hər şey səndə gizlidir” desəydin,
özümü indi belə ucuz hiss etməzdim...
Söyləmədin ki...
Desəydin....
"Bir gün bitəcək” deməsəydin də, "Əslində səni heç sevməmişəm!” desəydin,
Ən azı dəliqanlı birini yaşadardım ürəyimdə...
Amma etmədin ki... Onu belə etmədin.. Susdun.. Susmağı seçdin və men indi səni susaraq unuduram..