Mənim idealım.

04 Aralık 2014
2 034
0
Mənim idealım.
Mənim idealım.

Mənim idealım.Mənim idealım.
Hər bir insanın həyatında bir idealı olur. Bu insan ona mükəmməl gəlir, demək olar ki, bütün hərəkətlərinə haqq qazandırır.(Əslində belə olmaya da bilər)Mənfi xüsusiyyətlərini,səhv hərəkətlərini qəbul etmək istəmir.Bəlkə də çoxlarınız həyatınızda belə bir insanın olduğunu inkar edəcəksiniz,amma əslində elə deyil.Elə bir insan ki,"mən də onun kimi edəcəyəm","ah,o necə də xoşbəxtdir"deyə düşünürsünüz. Bir anlıq belə olsun onun yerinə olmaq istəyirsiniz. Həmin insan həyatınızdan, ətrafınızdan, ailənizdən,iş kollektivinizdən biri də ola bilər,sıradan biri də ola bilər,bacarığının şahidi olduğunuz biri də ola bilər,tanınmış insan da ola bilər, öz valideyinləriniz də ola bilər,qohumlarınızdan da ola bilər,ya da sadəcə təsadüf nəticəsində tanıdığınız biri ola bilər. Amma belə biri mütləq olur və olmalıdır.
Həmişə insanlarda bu cür xüsusiyyət var: Məsələn,əgər siz kişisinizsə qarşınızda özünüzdən daha yüksək keyfiyyətli biri görəndə ona həsəd aparmaya bilməzsiniz,amma daha yüksək keyfiyyətli qadın görəndə ilk öncə ona sahib olmaq istəyirsiniz.Eyni ilə qadınlarda baş verir.Amma təbii ki,əksəriyyətiniz bunu boynunuza almayacaqsınız,ürəyinizdə belə olsun etiraf etməyə qorxacaqsınız.Amma bu belədir.
Amma yenə də təbii ki,insan mükəmməl ola bilməz,mükəmməl yalnız onu və onuna birlikdə bütün kainatı yaradan ALLAH-dır.
Hər birinizə arzularınızdakı ideala çatmağınızı arzu edirəm.

Mənim idealım.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.