Göz rənginə görə xarakter.

15 Aralık 2014
20 269
0
Göz rənginə görə xarakter.
Göz rənginə görə xarakter.

Göz rənginin insan xarakteri haqqında ipucları verdiyini bilirdinizmi? Feat.az bu ipuclarını təqdim edir.

Qara gözlü insanlar
Hadisələr qarşısında çox tez həyəcanlanan, intizamlı, qayda-qanuna riayət edən insanlardır. Duyğusal olan bu insanların istər sevgisi, istərsə də kini çox güclü olur. Onlar qarşılarındakı insanı həmişə idarə etmək istəyərlər.

Yaşıl gözlü insanlar
Sevdiklərini heç vaxt qırmaq istəməzlər. Çox əsəbi olsalar da, qarşısındakını heç vaxt qırmazlar. Buna görə hisslərinə həmişə hakim olmağı bacarırlar.

Mavi gözlü insanlar
Durmağı sevməyən, enerji dolu, həmişə pozitiv qərarlar verən, əli açıq, dəyişikliklərdən qorxmayan biridir. Bir az xəyalpərəst olduqlarından gerçəkləri görməkdə çətinik çəkərlər.

Boz gözlü insanlar
Pisi, yaxşını seçməyi yaxşı bacaran, həssas bir qəlbə sahib insanlardır. Qürurlarına çox bağlı olduqlarından qürurları qırıldığında heç vaxt bağışlamazlar. Əslində yumşaq ürəkli, çox anlayışlı biridirlər.

Qəhvərəngi gözlü insanlar
Başqalarının onları idarə etməsini sevməzlər. Hər yerdə, hər kəsə sirlərini deyirlər. Sanki dünyaya bağlı gözlərlə baxarlar. Xəyal qırıqlığı yaşamamaq üçün reallıqları görmə yolunu seçmələrində fayda vardır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.