Fahişə kimdir ?(+16)

18 Aralık 2014
2 159
0
Fahişə kimdir ?(+16)
Fahişə kimdir ?(+16)



Kimdir Fahişə?!

Mən fahişəyəm. Bəlkə də hamı qınayar amma bu mənim sənətimdi. Pulunu alıb səni razı salıram… Amma sən?

Hələ 15 yaşın var və həyatın qabaqdadır. Həyat səninçün futbol, Coca cola və play stationdan ibarətdir. Dostlarınla qəpik quruş yığışıb çayxanaya gedirsən. Ən ucuz xidmət altında oturub ya davadan yada kimdənsə danışırsan. Mənimlə tanışlığın olmasa belə mənimlə yatdığını dost
larina deyib onları inandırmağa çalışırsan. «Ana söyüşləri» səninçün adiləşib və bir fahişəyə görə «ananın canı» adiləşib...

18 yaşın var və Ailənin göz dikdiyi varlıq sənsən. «Axı evin oğlusan». Sən isə hər gün 10 manata səhərdən axşama kimi işləyirsən. Ailən ehtiyac içindədir, borclar — kreditlər onları çox sıxıb. Amma sən… Sən isə 10 günlük maaşını mənim yanımda 1 saat kral kimi görünməkçün mənə verirsən…

25 yaşın var və həyatı azda olsa dərk edirsən. Gözəl həyat yoldaşın, yeni doğulmuş uşağın var. Yaxşı işin var, maaşın kimi… Çəkdiyin siqaret «parliament», dostlarının yanında hörmətin «Kral». Yoldaşın isə kafedə işləyir ki, sənin övladının qarnını doyuzdurmaq üçün. Sənsə… Sənsə hər gecə məni bahalı klublara aparır, ən bahalı içkiləri sifariş edirsən. Hər gün fərqli fərqli yerlərə aparır, mənə «həyatın ləzzətini» göstərirsən. O həyat ki, ailən onu ancaq xəyal edir...

35 yaşın var artıq. Övladların tək «atasının iş yeri» ilə fəxr edir «atasıyla» yox… Oğlun məktəbdə çox yaxşı oxuyur. Sən isə onun həyatı ilə maraqlanmırsan. Dediyin 1 söz var: «Universtetə gir, qalanı mənlikdi»… Yoldaşının əlləri işləməkdən qabar olub, sən isə artıq onu bəyənmirsən. Pullu atanın kasıb ailəsi — BAX BUDU REALLIQ..

50 yaşın var və yenə hərgün biz görüşürük. Mənə şərait qurmusan, hər gecə evimə rahatlıqla gəlirsən. Bütün dostların, hətta ailən belə məni bilir… Mənimlə olduğuna görə fəxr edirsən… Dəvət olunduğun yerlərə yoldaşınla yox, mənimlə getməyi üstün bilirsən və artıq hamı bunu qəbul edir. Mənə aldığın «qızıl boyunbağı» yoldaşının dərman almaq üçün satdığı" nişan üzüyündən" çox bahalıdır axı, onu mənə sən almısan…
İçki süfrəsində məni dəli kimi sevdiyini deyib yoldaşını mənim yanımda alçaldırsan...

60 yaşın var və həyatın geridə qalsada, sən öz işlərindən geri qalmamısan. Səndən olan «oğlumuz» sənə «papa» deyir və sən hərgün onu parka gəzməyə aparırsan. «Qanuni» oğlun isə həyatda gələcəyi üçün nəsə etmək üçün «Qanunsuz» yollara girir… Fiziki olaraq özünü cavan, zehni cəhətdən özünü «Həyatı başa düşmüş ağsaqqal» adlandırırsan.
Və səndən həyatı başa düşmüş ağsaqqal kimi soruşuram…

Fahişə kimdir ?



Fahişə kimdir ?(+16)



RedakTə eTdi: I❤HOSSEIN
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.