Salavat

17 Aralık 2014
3 636
0
Salavat
Salavat

Salavat, ALLAHdan Hz. Məhəmmədəin (s.ə.s) şanının ucaldılmasına istəməkdən ibarət Rəsulullaha xas bir təzim ifadəsidir. ALLAH-TƏALA Peyğəmbərə salavat edir (onun şanını ucaldır), insanlar da “ALLAHım ona salavat et” deyə niyaz edərlər. Ümmətin öz peyğəmbərinə gətirdiyi salavat xüsusi ehtiram, sayğı və təzim ifadə edir və Həzrəti Məhəmmədin (s.ə.s) bir şüarı halına gəlir. Müsəlmanlar üçün salavat Peyğəmbərə (s.ə.s) qarşı ehtiram və sevgini ifadə edən bir ədəb qaydası və bir ənənə olmaqdan daha irəlilərə gedən bir məsələdir. Salavat dil ilə edilən zikirlərin bir ibadət növüdür.

Salavat nədir, mahiyyəti nədən ibarətdir, necə oxunmalıdır, ALLAHın salavat etməsi nə anlama gəlir bunun məxluqatın salavat etməsindən fərqi nədir? Həmçininsalavatın Peyğəmbərə (s.ə.s) nə kimi təsiri var, salavat gətirənə bu nə qazandırır, ümmumiyyətlə salavatın fəzilləti və faydaları nədən ibarətdir? Bütün bu sualların doğuşu təbiidir.
Salavat dedikdə bəzilərinin zehnində yas məclislərindəki mollaların uca səslə “filankəsin ruhuna bir salavat” və bənzəri kəlmələrin söyləməsi hadiəsi canlanır. Çoxları ümmiyyətlə salavatın mahiyyətin bilmədən mexaniki olaraq əllərini üzünə çəkir.

Elə isə salavat nədir?



“Salavat” sözü (“səlat” sözünün cəmi olub ərəb dilində bir çox anlamlara gəlir. Bunlardan bəziləri “kiməsə yönəlmək, yaxınlaşmaq, yalvarıb yaxarmaq dua etmək rəhmmət, bağışlanma diləmək”) anlamlarıdır. Həmçinin “kiməsə təzm etmək, öymək, yüksəldib ucaltmaq” mənalarına da gəlir.
Şəriət termini olaraq səlat (cəmdə salavat) dua, namaz, ibadət anlamlarına gəlir.
ALLAHın peyğəmbərə salat etməsi Rəsulullahı öymək onun şanını ucaltmaqla xüsusi iltifat göstərməsi anlamındadır.
Mələklərin və müsəlmanların Peyğəmbərə salavat gətirməsi ALLAHa yönəlmiş bir duadır. Mələklərin və insanların oxuduğu salavat bunları ALLAHdan istəməkdir. Yəni ALLAH Peyğəmbərə salavat edir onun şanın ucaldır mələklər və insanlar da: “ALLAHım, ona salavat et” deyə niyaz edirlər.
Salavat bəzi şərtlərlə Hz.Məhəmmədin(s.ə.s) başqa digərləri üçün də oxuna bilər. Bu da yalnız Hz.Məhəmmədlə(s.ə.s) bərabər ona tabe olmaq şərti ilə onun əhli-beytinə də salavat gətirmək olar
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.