Qısqanc sevgili dialoqları

24 Aralık 2014
3 550
0
Qısqanc sevgili dialoqları
Qısqanc sevgili dialoqları

Kim idi o qız???
- Hansı qız, həyatım?
- Yanımızdan keçəndə başını ikiqat əyib salam verən.
- Doğrudan? Mən görmədim..
- Baxma, öldürəcəm!
- Eee maraqlandırırsan sən də adamı...
- Maraqlandın deməli... Necədir? Dəyişib heç olmasa?
- Kim?
- Kim olacaq? Köhnə sevgilin!
- Bəsdi də!
- Hə... Bəsdi də! Sözün yoxdur deməyə, hə?
- Bax Allah yaratdı deməyəcəm indi.
- Bir də döy! Afərin... Qıza baxe, salam verməsi bəs elədi bizi ayırmaq üçün.. Bəs unutmuşdun onu?
- Kimi?
- Kimi olacaq? - Köhnə sevgilini!
- Nə əlaqəsi var? Həm də mənim köhnə sevgilim o qızdan daha gözəl idi.
- Eləəəəə??? Rədd ol!
- Səndən də gözəl idi... Ohhhhh!!! Nə oldu, susdun...
- Ühühühühü...
- Zırılda indi!


- Hardasınız?
- Yoldayıq, həyatım, dönürük.
- Hardasınız, yəni tam olaraq.
- Nə bilim? Şəhərlərarası yolun bir nöqtəsindəyik, tam ad verə bilmirəm indi.
- O arxadan gələn səs nədir, yaxşı? Kim var maşında sizdən başqa, tanımıram o səsi mən.
- Kasetə qulaq asırıq, birdənəm, kasetə!



(Qız qəşəng geyinib və gözəl süfrə hazırlayıb)
- Xoş gəldin, canım!
- Kim var içəridə?
- Heç kim.
- Kimə görə geyinmisən sən belə?
- Sənin üçün geyinmişəm, eşqim!
- Get ordan! Uşaq başı aldadırsan? Tez de görüm kim gəlib?
- Ay Allah! Gir bax, heç kim yoxdur!


- Diqqət et, gözlərin çəp olacaq yoxsa..
- Niyə? Nə oldu yenə?
- Bilmirəm, sanki gözlərin yana doğru çəkilməyə başladı.
- Sən indi bu xanıma baxdığımı nəzərdə tutursan?
- Bəzən nə qədər anlayışlı olursan...
- Yox, həyatım, təkcə paltarı diqqətimi çəkdi, ona görə şey...
- Mənim də bu başında yolunmamış iki tel saçın çox diqqətimi çəkir!



(Cütlük yol gedir.)
- Nurlan...
- Buyur, həyatım..
- Niyə yerə baxaraq gedirsən?
- ...
- Yoxsa..?
- ...
- Allah başıva daş salsın, aldatmısan məni, hə? Aldatmısan! Aldatmısan 100%! Nifrət edirəm sənə! Ayrıldıq!
- Nə? Necə?!


- Necəsən, canım, bu gün?
- Superəm, həyatım, sən necəsən?
- Hmm.. Necə super? Niyə ki? Nə səbəb var ki?!
- Necə niyə? Müəyyən bir səbəb yoxdur, elə-belə.. Yaxşı hiss edirəm özümü.
- Hmm.. (100% başqa birinə aşiq olub bu) Adı nədir? Mən tanıyıram, heç olmasa?


- Niyə məni oyandırmamısan?
- Səhər yeməyi hazırlayırdım, bir azdan oyandıracaqdım...
- Niyə elə geyinmisən? Hara getmişdin, hardan gəlirsən?
- Gicləmə, sənə omlet hazırlamışam, həm də kartoflu.
- Kartoflu? Məni yumşaltmağa çalışma, hardan gəlirsən dedim!
- O biri sevgilimlə getdik, gəzdik, çox da əyləndik, inan ki, omleti də ona hazırlamışam


*Telefon zəng çalır:
- Həyatım?
- Eşqimm, gülümmm....
- Hardasan?
- Dostlarımla oturmuşuq.
- Hansı dostlarınla? Mən burda tək səninçün darıxarkən sən dostlarınla əylən!
Bax, dinləmirsən belə məni! Onsuz da bu gün heç mesaj da yazmamısan mənə.
- (kəsik kəsik, yüngül kəkələyər vəziyyətdə) Aaa sevgilim?
- Sus, sus!
- ...
- Ordakı qızların feysi var? Tez de!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.