Xurma Haqqında Bilmədiklərimiz

27 Aralık 2014
2 559
0
Xurma Haqqında Bilmədiklərimiz
Xurma Haqqında Bilmədiklərimiz


Xurmanın narıncı rəngi onun tərkibində beta-karotin maddəsinin çoxluğu ilə izah olunur.

Bu maddə görmə qabiliyyətini artırır, vaxtından əvvəl qocalmanın və ağ ciyər xəstəliklərinin qarşısını alır. Bununla yanaşı xurmanın meyvələrindəki beta-karotin yetərincə C və PP vitaminləri ilə zəngindir. Bu vitaminlər yorğunluq və depressiyanın aradan qaldırılmasına , həmçinin, dəri və saçların sağlamlığına kömək edir. Maqnium, dəmir və yod maddələri isə ürəyin işini yaxşılaşdırır.

Xurmanın ən başlıca dəyəri ürək-damar sistemi xəstəliklərində istifadə olunan bitki şəkəri ilə zənginliyidir. Xurma həmçinin, yüngül sidik qovucudur. Ona görə də qan təzyiqi olan xəstələrin yemək rasionuna xurmanın daxil edilməsi məqsədəuyğundur. Əgər gün ərzində 3-4 ədəd xurma yeyilsə, qan təzyiqini dərmanların köməyi olmadan da tənzimləmək mümkündür.

Xalq təbabətində xurma mədə xəstəliklərində, xüsusən, mədə pozulmalarında istifadə olunur. Bu meyvə büzüşdürücü və bakterisid xassəyə malikdir. Tez sağalsın deyə, onun meyvələrinin yaraların üzərinə qoylması mümkündür.

Xurma ağacının yarpaqlarında bütün mikroelemnetlər və vitaminlər var. Ona görə də, anemiya (qan azlığı) xəstəliklərində onun dəmləməsini içmək xeyirlidir. Xurmanın şirin meyvələri acılığı aradan qaldırsa da , az kaloriyə malikdir. Əgər kim artıq çəkidən qurtulmaq istəyirsə, diyetoloqlar ona xurma yeməyi məsləhət görürlər.

Hesab olunur ki, xurma hökmən büzücü olmalıdır. Lakin onun bir sıra növləri var ki, yeyəndə büzücü deyil. Yeri gəlmişkən, hətta karalyok da müxtəlifdir. Büzücülüyü aradan qaldırmaq üçün xurmanın meyvələri ya dondurulmalı, yaxud da, 2 saat arağın içində saxlanılmalıdır. Xurma alarkən, onun kal və yaxud yetginliyini məyyənləşdirmək üçün qabığındakı qəhvəyi zolaqlara fikir vermək lazımdır. Zolaqlar nə qədər çoxdursa, deməli xurma bir qədər şirindir. Xurma həm təzə- tər , həm də qurumuş şəkildə faydalıdır. Onun meyvələri bərk olanda yığılır, qabığı soyularaq, doğranır və 45 dərəcə temperaturdan yuxarı olmayan hava şəraitində qurudulur.

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.