Əvvəl soyunurlar,sonra peşman olurlar

28 Aralık 2014
1 355
0
Əvvəl soyunurlar,sonra peşman olurlar
Əvvəl soyunurlar,sonra peşman olurlar

"Əvvəl soyunurlar, sonra peşman olurlar".

Sevgililəri tərəfindən şantaj olunan gənc qızlar niyə soyunur?

Hansının psixoloji problemləri var: soyunan qızların, ya onların boşluğundan istifadə edib soyunmalarını tələb edən sevgililərinin?

Təmiz dünya “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyin rəhbəri xanım Mehriban Zeynalova məsələylə bağlı fikirlərini ATVxəbər.az-la bölüşüb. O, bu cür hadisələrlə vaxtaşırı rastlaşdıqlarını bildirib:

“Bu cür hadisələr cəmiyyətdə tez tez olur. Oğlanlar gənc qızları onlarla evlənəcəyi dərəcəsində inandırararq onlardan istifadə edir. Şantaj edir, bu yolla onlardan pul, yaxud cinsi munasibətdə olmalarını tələb edirlər”.

“ Müraciət olunmadıqca real vəziyyətin ağırlığını görə bilməyəcəyik”.

Bu kimi hadisələrlə bağlı sosial şəbəkələr vasitəsiylə belə onlardan kömək istəyənlərin olduğunu bildirən Mehriban xanım bu cür halların çox olduğunu, lakin qadınların qızların öz qohumllarından və ictimai qınaqdan çəkindikləri üçün aidiyyatı orqanlara müraciət etməkdən çəkindiklərini bildirib.

"Yeniyetmələrin bu cür aldanmasının əsas səbəblərindən biri onların ailədə kifayət qədər ünsiyyət və diqqət görməməsidir",- deyə vurğulayan Mehriban Zeynalova, onları şantaj edən oğlanların travmalı adamlar olduğunu bildirdi.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.